Hacı İbrahim Nehrəmli iş adamını intihara vadar etdi

26.01.2014 - 19:19

İntihar edəcəyi günü də açıqladı… 1 fevral

 
Mən Məmmədov Elşad Tofiq oğlu, Qazax rayon sakiniyəm, Aşağı Əskipara
kəndində qeydiyatdayam. Ailəliyəm, üç körpə övladım var, böyük qardaşım
Qarabağ qazisidir. Mənim indiyə qədər minə yaxın şikayətim nəticəsiz
qalıb. Əlim hər yerdən üzülüb. Prokurorluq, məhkəmələr hamısı sifariş
yerinə yetirir. Bu əmrləri Hacı İbrahim Nehrəmli verir. Hansı ki, mənim
əlimdə qanuni sənədlərim var. 2012-ci ilin fevral ayının 1-də “Avesta”
konserninin rəhbəri Hacı İbrahim Nehrəmliyə məxsus olan “Həsən-96”
MTK-nın sədri Emil Tağıyevdən (Hacı İbrahimin bacanağı) Nəsimi rayonu,
Abay döngəsi, 360-cı məhəllədə inşa olunmuş çoxmərtəbəli binanın 13-cü
mərtəbəsində 51 və 52 saylı iki mənzilin satın alınması

barədə inşaatçı şirkətlə müqavilə bağlayaraq alıb. Mənim qanuni sənədlərimi ( maliyyə arayışını və kassa mədaxil

qəbzini) Hacı İbrahimin mühafizəçisi ölümlə hədələyərək, bandotdellə
tutduracağını bildirdi. Həmin gündən sonra ailəmin və üç körpə övladımın
təhlükəsizliyini təmin etmək üçün, Qazax rayonuna köçdüm və kirayələrdə
qalmışam. Bu günə qədər minə yaxın şikayət məktublarımın heç bir
faydası yoxdur. Milyarder, ilin iş adamı, Nehrəmli, özü və anası bir
milyonluq Roys-Roysda gəzən, yeddi milyona özünə yaxta alan, qardaşı
oğlu Türküyədə üç milyona restoran açan, bir qardaşı Diasporanın sədri
olan Nazim İbrahimov, Hacı

İbrahim Nehrəmlinin sözündən hansı məhkəmənin qüdrəti və çürəti çatar ki, onun bir sözünü iki edər.

Mənim 2014-cü il fevral ayının birində saat 16-00 – da Prezident
aparatının qarşısında intihar edəcəyimin səbəbkarları Baş Prokuror,
Korrupsiya İdarəsindən Nazir Quliyev, 16-cı Polis bölməsinin
tədqiqatçısı Tərlan Muradov və sifariş yerinə yetirən məhkəmələrdir.

Bu hakimlərə bildirirəm ki, Hacı İbrahim Nehrəmli də sonunda Səttar
Mehbalıyev kimi deyəcək ki, mənim nə günahım var, məhkəmələr qərar
çıxarıb. Axı mənim əlimdə qanuni sənədlər var.

Biz vətəndaşları heç it yerinə də qoymurlar.

 

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=3697

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Sentyabr 2024
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30