Bakıda ət təhlükəsi

26.01.2014 - 20:10

Nazirlik xəbərdarlıq etdi

Nazirlik xəbərdarlıq etdi
 
Ət və ət məhsulları insanların qidalanmasında əsas yer tutan ərzaq
məhsullarından biridir. Bu məhsulları alarkən hər bir istehlakçı onun
keyfiyyətli olmasına əmin olmaq istəyir. Ancaq istehlakçılar bir çox
hallarda ət alarkən onun keyfiyyətinin müəyyənləşdirilməsilə bağlı
problemlə üzləşirlər.
Qeyd
edək ki, alıcı birinci növbədə ət alarkən onun həqiqətən mal, qoyun,
quzu əti olmasına əmin olmalıdı. Çünki mal və qoyun əti adı altında
bəzən digər heyvan əti satışı hallarına rast gəlinir. Bunun üçün həmin
məhsulun iyinə, rənginə və sümüklərinin formasına fikir verilməlidir.
Satışa
çıxarılan ət laboratoriyada analizdən keçməli və üzərində baytar
həkimin möhürü olmalıdı. Satış məntəqələrində üzərində ancaq oval
formalı möhürü olan ətin satılmasına icazə verilir. Ət şaqqalarının
üzərində möhür kürək və bud hissələrinə vurulur. Quş ətində isə möhür
boyun və budun çöl tərəfinə vurulur. Ət məhsulları (kolbasa, farş və s.)
alarkən onun keyfiyyətinə əmin olmaq üçün satıcıdan onun keyfiyyərini
və təhlükəsizliyini təsdiq edən sənədləri (baytarlıq şəhadətnaməsi,
uyğunluq və gigiyenik sertifikatları) tələb etmək lazımdır. Satıcı bunu
göstərməyə borcludu.
Ət satışı obyektləri bütün sanitar və
gigiyenik normalara cavab verməlidi. Eyni zamanda ət satışı ilə məşğul
olanlar vaxtaşırı tibbi müayinədən keçməlidi. Yalnız bu tələblərə cavab
verən obyektlərdən həmin məhsulları almaq tövsiyə olunur.
Eyni
zamanda nəzərə almaq lazımdır ki, mövcud ticarət qaydalarına görə, ət
məhsullarının bir dəfədən artıq dondurulduqdan sonra satılması
qadağandı. Belə halda ətdə olan bütün zəruri maddələr keyfiyyətini
itirir.
Qablaşdırılan ət və ət məhsullarının etiketində məhsulun
adı və növü, istehsalçının adı, ünvanı, məhsulun tərkibi, termik
vəziyyəti (soyudulmuş, dondurulmuş və s.), istehsal və qablaşdırma
tarixi olmalıdır. Eyni zamanda məhsulun saxlanma müddəti və şəraiti,
qida əlavələri, aromatik əlavələr, bioloji aktiv qatışıqlar haqqında
məlumatlar verilməlidi.
Qablaşdırılan ətin yararlıq müddəti
istehsalçı tərəfindən müəyyən olunur və məhsulun etiketində göstərilir.
Təzə ət üçün isə malın kəsilmə tarixi və yararlılıq müddəti göstərilmiş
baytarlıq şəhadətnaməsini tələb etmək lazımdı.
Ət konservlərinin
qapağının üzərində mütləq qabarıq şəkildə döymə üsulu ilə yazılar
olmalıdır. Qabın əzilməsi, paslanması və ya üzərində yararlılıq
müddətinin göstərilməməsi onun keyfiyyətli olmasına ciddi şübhələr
yaradır. Bu kimi məhsullarla rastlaşdıqda onları almaqdan çəkinmək
lazımdır.
Ət alarkən onun xarici görünüşunə və iyinə diqqət
yetirmək lazımdı. Köhnə ətin tərkibindəki piyin miqdarı az və tünd
rəngli olur. Təzə ət özünə xas spesifik iyə malik (müvafiq heyvan növü
üçün xarakterik), rəngi açıq çəhrayıdan tünd qırmızıya qədər olur.
Kəsikdə ət sıx, elastik olmaqla, barmaqla basıldıqda əmələ gələn çökək
tez düzəlməlidi. Təzəliyi şübhə doğuran və ya xarab olan ət almaq olmaz.
Solğun, yapışqan, təzə ətə xas olmayan iyi olan ətdən istifadə etmək
məsləhət görülmür. Belə ətin istehlakı xəstəlik törədən mikrobların
inkişafı üçün əsas mənbələrdən biridir və ərzaq zəhərlənməsinə səbəb ola
bilər.
Küçələrdə satılan ətlərin əksər halda mənşəyi
bilinməməklə yanaşı, həm də sanitar və gigiyenik baxımdan çox qüsurlu
olur. Ət alarkən onun rənginə fikir vermək lazımdı. Əgər ətin rəngi
saralıbsa, yaxud, qaralıbsa, ondan həmin məhsulu olmaqdan imtina edin.
Bu barədə aidiyyəti dövlət orqanlarına müraciət edin.

Short URL: http://www.cumhuriyyet.net/?p=3698

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2025
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930