Erməni nazirin oğlu İrandan narkotik gətirərkən tutulub
Ermənistanın idman və gənclər naziri Yuri Vardanyanın oğlu David
Vardanyan narkotiklərin qanunsuz dövriyyəsində ittiham olunur.
olunub.
İranda olarkən orada 106 qram həşiş alıb. David Vardanyan həmin
narkotikin bir hissəsini sellofan torbacıqlara bükərək udub, qalanını
isə çantasında gizlədib. Nazir oğlu oktyabrın 12-də İrandan Ermənistana
qayıdarkən yaxalanıb. Onun işi üzrə məhkəmənin ilk iclası fevralın 1-nə
təyin edilib.
Yada salaq ki, David Vardanyana qarşı ötən il oktyabrın 15-də rəsmi
ittiham irəli sürülüb və barəsində həbs qərarı verilib. Onun işi
Ermənistan Baş Prokurorluğunun Baş İstintaq İdarəsinin xüsusi ağır
cinayətlər üzrə şöbəsində araşdırılır. Nazir oğlu ictimai müdafiəçilərin
xidmətlərindən imtina edib.
Short URL: http://www.cumhuriyyet.net/?p=3700