Ermənistandan Azərbaycana raket təhdidi

26.01.2014 - 20:36

Seyran Ohanyan Bakını vurmaq gücündə olan silahlara malik
olduqlarını deyib, Azərbaycanın İrəvanı vurması üçün isə 2 dəqiqə
kifayət edir

Seyran Ohanyan Bakını vurmaq gücündə olan silahlara malik
olduqlarını deyib, Azərbaycanın İrəvanı vurması üçün isə 2 dəqiqə
kifayət edir
 
Son günlər Azərbaycanla Ermənistan sərhəddində və Qarabağ cəbhəsində
vəziyyət xeyli ağırlaşıb. Xüsusən Füzuli, Tərtər və Tovuz cəbhələrində
durumun daha kritik olduğu deyilir. Hətta dünən Azərbaycan tərəfi havaya
hərbi təyyarələrini qaldıraraq, düşmənə güc nümayişi edib.
 

Ermənistan
tərəfi Azərbaycan qırıcılarının Xankəndi üzərində manevr etməsindən
sonra bərk təşviş keçirərək, buna adekvat cavab vermək istəyiblər. Lakin
Havadan Müdafiə Qüvvələri qırıcılarımızı hədəfə almaq imkanı belə əldə
edə bilməyiblər. Bunun ardından isə Ermənistanın müdafiə naziri Seyran
Ohanyan mətbuat konfransı keçirərək, ölkənin hərbi “qüdrət”indən
danışıb. Ohanyan deyib ki, İrəvan bu il uzaq hədəfləri dəqiq vuran
raketlər alaraq, bununla ordularını gücləndirəcəklər. Onun Rusiya
istehsalı olan “İsgəndər-M” raketləri olub olmadığı barədə verilən suala
isə nazir cavab verməyib.
Seyran Ohanyan
daha sonra Azərbaycanı hədələməkdən də çəkinməyib. O deyib ki,
Ermənistanın Bakını vura biləcək raketləri var və əgər müharibə
başlayarsa, bu imkandan yararlana bilərlər. Üstəlik, o iddia edib ki,
Havadan Müdafiə Qüvvələri də yaxşı təşkil olunublar və onlar istənilən
hədəfi vurmaq qabiliyyətindədirlər. Ohanyan həmçinin bu şərtlərin
Qarabağ üçün də keçərli olduğunu deyib.
Qeyd edək ki,
Ermənistanın Bakını vura biləcək raketlərə sahib olması istisna edilmir.
Bunu hərbi mənbələr də təsdiqləyirlər. Amma İrəvan hökumətinin belə bir
cəhdə baş vurması imkansızdır. Hətta mümkün olsa belə, bu Ermənistanın
çətin duruma düşməsi ilə nəticələnəcək. Çunki İrəvandan Bakını vurmaq
üçün raketin ən azı 700-800 km-lik bir məsafəni qət eləməsi lazımdır.
Amma Azərbaycanın İrəvanı vurması üçün cəmi 70 km-lik məsafə ayırır. Bu
isə o deməkdir ki, Bakını vurmaq ən azı 15-20 dəqiqə vaxt aparacağı
halda, İrəvanı vurmaq üçün 1-2 dəqiqə kifayət edəcək.

Short URL: http://www.cumhuriyyet.net/?p=3701

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

May 2025
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031