7 telefon, 18 mühafizəçi ilə gəzən Bakı oliqarxı

26.01.2014 - 20:48

Fransa
mətbuatında “Baglan Grup”un prezidenti Hafiz Məmmədov haqqında bir-birin
ardınca yazılar dərc olunur.

 

Fransa
mətbuatında “Baglan Grup”un prezidenti Hafiz Məmmədov haqqında bir-birin
ardınca yazılar dərc olunur.

 

 

Həmin yazılarda Məmmədov barədə Azərbaycan
oxucusunun bilmədiyi məqamlar yer alıb. Yazıların birində göstərilir ki, öz ölkəsində
uğurlu iş adamı olan Hafiz Məmmədov üç dildə – Azərbaycan, rus və ingilis – sərbəst
danışır. Sən demə, o, evdən çıxanda özü ilə 7 mobil telefon götürür. Londonda və
İsveçrədə ofisləri var. Həftənin cümə günləri onu tapmaq müşküldür. Çünki həmin
günü özünə və ailəsinə həsr edir.

“Roman Abramoviç və Dmitri Rıblovlev kimi
futbol pərəstişkarı olan Məmmədov hələ 2004-cü ildə “Bakı” klubunu təsis edib.
O, təkcə Fransa “Lans”ı ilə kifəyətlənməyib, “Atletiko” və “Porto”da pay sahibi
olmaq niyyətindədir. 7 mobil telefon gəzdirən, 18 mühafizəçinin müşaiyəti ilə
zirehli “Mersedes”də hərlənən Məmmədov istər ölkəsinin, istərsə də xarici KİV-də
öz imicini müsbət çalarlarda göstərmək istəyir”.

Fransız KİV-in yazdığına görə, azərbaycanlı
miylarderin “Lans” futbol klubunun prezidenti Jerve Martellə əvvəllər tanışlığı
olmayıb. Məmmədovun bu klubla tanışlığı 2012-ci ildə Kannda olub. Məmmədov ora
dincəlməyə gəlibmiş. Onlar kazinoda tanış olublar. Yerli kazinodakı tanışlıq
sonradan onlarını birgə əməkdaşlığına çevrilib. Elə oyun avtomatları
arxasındaca “Lans” söhbəti edilib və Hafiz Məmmədov kluba 20 milyon ayırmağa
razılaşıb.

“Məmmədov bir sıra biznes
strukturlarının sahibidir: neft və qaz daşıımaları, nəqliyyyat şirkətləri… Siz
Bakıda taksiyə əyləşib harasa gedirsizsə, bilin ki, bu taksinin dizel yanacağı
Məmmədova məxsusdur. Onun pulu həddən artıq çoxdur”.

Fransız KİV-in yazdığına görə, elə buna görədir
ki, Jerve Martel ondan bərk-bərk yapışıb. Və tərəflərin iddiaları böyükdür.

Short URL: http://www.cumhuriyyet.net/?p=3702

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Yanvar 2025
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
2728293031