Hərb nazirləri nəyi bölüşdürə bilmir?

26.01.2014 - 21:26

Müdafiə naziri Yavər
Camalova niyə qəzəblidir; səlahiyyət
davası böyüyür

Müdafiə naziri Yavər
Camalova niyə qəzəblidir; səlahiyyət
davası böyüyür

 

“Müdafiə
sənayesi naziri Yavər Camalovla bağlı ölkə prezidentinə məxfi dosye ötürülüb.
Həmin sənədlərdə müdafiə sənayesinə ayrılmış milyonlarla manatın
mənimsənilməsindən tutmuş, onun digər korrupsiya əməllərinə qədər bir sıra
ciddi və təkzibolunmaz kompramatlar yer alıb”. Bu sözləri “Yeni Cumhuriyyət”
qəzetinə hərbi qaynaqlara yaxın olan mənbə deyib.

Mənbənin
sözlərinə görə, Yavər Camalova qarşı sözügedən anti-təbliğat kampaniyasının
başında isə yeni müdafiə naziri Zakir Həsənov dayanıb. Buna səbəb iki hərb
nazirinin səlahiyyət bölgüsüylə bağlı ortaya çıxmış narazılıqlardır. Belə ki,
müdafiə naziri mövcud səlahiyyətlərini qorumaqla yanaşı bir sıra əlavə
səlahiyyətlərə də sahiblənmək niyyətindədir və bu işdə onun əsas maneəsi təbii
olaraq müdafiə sənayesi naziri Yavər Camalovdur.

Gərginliyin şiddətlənməsinə əsas səbəb
isə Yavər Camalovun Müdafiə Nazirliyinin balansında olan bəzi hərbi obyektlərə əl
qoymaq istəyi olub. Mənbəmiz iddia edir ki, Yavər Camalov Müdafiə Nazirliyinin
tabeliyində olan Lökbatan Tank Təmiri Zavodunun və Hacı Zeynalabdin Tağıyev qəsəbəsindəki
Aviasiya Təmiri Zavodunun Müdafiə Sənayesi Nazirliyinin tabeliyinə keçirilməsi üçün çoxdandır ki iş
aparır.Bu məsələ hələ Səfər Əbiyev nazir olan zamanlardan başlamış və bu həmin
vaxt da nazirlər arasında böyük ziddiyyətlərə səbəb olmuşdu. Amma fakr ondan
ibarətdir ki, adıçəkilən zavodlar bir çox göstəricilərə görə məhz Müdafiə Sənayesi
Nazirliyinin balansında olmalıdır.

Mənbənin sözlərinə görə, artıq bu
zavodların MSN-in tabeliyinə verilməsi üçün bir neçə il əvvəl Yavər Camalov ölkə
rəhbərliyi qarşısında məsələ qaldırıb. Hazırda Silahlı Qüvvələrin əsas fəaliyyətdə
olan müəssisələrindən sayılan bu zavodlar ordunun tanklarını, BMP və BTR-lərini,
digər zavod isə təyyarə və helikopterlərinin təmiri kimi böyük maliyyə tutumlu
layihələri həyata keçirir. Hər iki zavodda son 10 il ərzində bir neçə dəfə
yenilənmələr aparılıb.
Mənbənin məlumatına görə, adıçəkilən zavodların
MSN-ə verilməsi orduda təmir-modernizasiya layihələrinin tam olaraq Yavər
Camalovun nəzarətinə keçirilməsi deməkdir. Öz növbəsində hər il dövlət tərəfindən
təmir üçün milyonlarla manat vəsait MN-in büdcəsindən çıxarılaraq MSN-ə veriləcək.
Yayılan xəbərlərə görə, Y.Camalov dövlət rəhbərliyini MSN-in bu zavodların
yeniləşdirilməsi və imkanlarının artırılması üçün müvafiq işləri həyata keçirmək
qabiliyyətində olduğuna inandıra bilib. Eyni zamanda bu hazır zavodların
imkanlarından istifadə etməklə ordu üçün yeni texnikanın, xüsusilə də müştərək
şəkildə helikopterlərin və təyyarələrin istehsalının mümkün olduğunu
vurğulayıb. Artıq bu sahədə bir neçə xarici firma ilə də danışıqlara başlayıb.
Bütün bu layihələrin həyata keçirilməsi üçün “yuxarılar” ilkin olaraq Yavər
Camalova şifahi razılıq da veriblər. Amma gözlənilmədən müdafiə naziri Səfər
Əbiyevin vəzifədən uzaqlaşdırılması və bu posta Zakir Həsənovun gətirilməsi
sözügedən planın ertələnməsinə səbəb olub. Zakir Həsənov isə Yavər Camalovun həyata
keçirmək üzrə olduğu dəyişiklikləri əngəlləmək məqsədilə MSN rəhbərinə qarşı
mübarizəyə start verib. Bu səlahiyyət davasından hansı nazirin qalib çıxması isə
birinci şəxsin kimə dəstək verəcəyindən asılıdır.

 

 

 

Şahin

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=3704

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Noyabr 2022
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930