ABŞ-dan türk generalını öldürmək əmri
Hüseyn
Kıvrıkoğlu sərt bəyanatına görə qətlə yetirilməliymiş
Hüseyn
Kıvrıkoğlu sərt bəyanatına görə qətlə yetirilməliymiş
Türkiyə mətbuatının verdiyi xəbərə görə, təzə deşifrə
olmuş gizli materiallara görə, ABŞ 2003-cü ildə o dövrün Türk Silahlı Qüvvələrinin
baş qərargah rəisi Hüseyin Kıvrıkoğlunu öldürmək əmri veribmiş. Ortaya atılan iddia ölkə gündəminə
bomba kimi düşüb. O dövr ABŞ-ın müdafiə naziri P. Volfoviçin Ankara səfəri
zamanı onu prezident Ə.N. Sezər və baş nazir B.Ecevitin qəbul etməsinə
baxmayaraq, baş gərargah rəisi H. Kıvrıkoğlu qəbul etməmişdi.
Prezidentin və baş nazirin dəfələrlə israrlı zənglərindən sonra H. Kıvrıkoğlu
Pol Volfoviçə iki-üç dəqiqəlik randevu verməyə razılıq verib. Görüş zamanı P.
Volfoviçin ölkəsinin İraq siyasətini və İraqda həyata keçirmək istədiklərini
sadalayarkən, H. Kıvrıkoğlu sərt şəkildə onun sözünü kəsib: “Burnumuzun
ucunda Kərkükü də içərisinə alan bir kürd dövlətini yaratmaq istəsəniz, dəqiq
bilin ki, türk ordusu bölgəyə girəcək və o dövləti dağıdacaq!”.
H. Kıvrıkoğlunun bu sözlərindən şoka düşən P. Volfoviç görüşü tərk edib. Bu
hadisədən sonra məhz ABŞ müdafiə nazirinin şəxsi əmri ilə Süleymaniyyədə türk əsgərlərinin
başına çuval keçirərək onları rüsvay etdi. Daha sonra hiddətlənən P. Volfoviç
Kıvrıkoğlunun ABŞ-ın nüfuzuna zərbə vurduğuna görə dərhal aradan götürülməsini
istəyib. Bu hadisədən bir neçə ay sonra müddəti bitən Kıvrıkoğlu vəzifəsini xələfi
Hilmi Özkükə təhvil verdi.
Short URL: http://www.cumhuriyyet.net/?p=3706