Azərbaycan cəbhə xəttinə tank yeritdi
Azərbaycanın
Ermənistanla sərhəd yaşayış məntəqələrində əhalini sadəcə atıcı silahlarla müdafiə etmək mümkün olmur…
Azərbaycan
və Ermənistan qoşunlarının təmas xətti boyunca yanvarın 20-dən etibarən
şiddətlənən atışmalar sərhədyanı yaşayış məntəqələrinin sakinlərinin
həyatına real təhlükə yaratmaqdadır. Belə ki, son günlər erməni hərbi
qüvvələri daha da aqressivləşərək Tovuz rayonunun Ermənistanla sərhəd
Əlibəyli və Koxanəbi kəndlərini şiddətli atəş altında saxlayır. Habelə
Ağstafa və Qazax rayonlarının yaşayış məntəqələri də atəş altındadır.
barədə sussa da jurnalistlərin hazırladıqları reportajlardan məlum olur
ki, vəziyyət dözülməzdir və bu yaşayış məntəqələrindən yeni köçkün axını
başlaya bilər. Çünki Ermənistan ordusunun yüksəklikdə yerləşən
mövqelərindən cəmi bir neçə yüz metr məsafədə yerləşən bu kəndlərin
sakinləri ölüm təhlükəsi qarşısında uzun müddət bu cür, müdafiəsiz davam
gətirə bilməyəcəklər.
istiqamətlərində də hökm sürür. Müdafiə Nazirliyi hər gün yayılan
standart rəsmi açıqlamalarında Azərbaycan ordusunun bölmələrinin atəşkəs
rejimini (əslində tərəflərin qarşılıqlı olaraq atəşi dayandırmağa
razılaşdığı barədə 1994-cü ildə imzalanmış atəşkəs razılaşmasında yer
alan bu bənd çoxdan əhəmiyyətini itirib) pozan düşməni cavab atəşi ilə
susdurduğunu bəyan edir.
düşməni susdurmaq üçün kifayət deyil. Qarşı tərəf getdikcə daha intensiv
şəkildə Azərbaycanın sərhədboyu yaşayış məntəqələrində yaşayış
evlərini, mülki sakinləri, hərəkətdə olan bütün hədəfləri atəş altında
saxlayır.
ali hərbi komandanlıq düşmənlə təmas xətti boyu yaşayan mülki əhalinin
təhlükəsizliyini təmin etmək üçün hansı tədbirlər görməlidir və görə
bilər?
silahları və hərbi texnikanı təmas xəttindən geri çəkiblər (hərçənd ki,
erməni tərəfinin bu razılaşmaya əməl etməsi ciddi sual altındadır).
Nəticədə Azərbaycanın təmas xətti boyu yerləşən yaşayış məntəqələrinin
müdafiəsi atıcı silahlarla silahlanmış bölmələrin öhdəsində qalıb.
Erməni mövqeləri təmas xəttinin əksər istiqamətlərində nisbətən
yüksəklikdə yerləşdiyi üçün düşmənin bu yaşayış məntəqələrini daim atəş
altında saxlaması asandır.
sədrinin bir neçə səhra köməkçisinin tam formal xarakter daşıyan
monitorinqi ilə nəzarət olunan atəşkəs razılaşmasının mətninə
nöqtə-vergülünə qədər əməl etməyə nə dərəcədə borcludur? Təmas xətti
boyunca yaşayan mülki əhalinin müdafiəsini daha etibarlə şəkildə təmin
etmək üçün Azərbaycan Müdafiə Nazirliyinin tankları irəli çəkməsinin
vaxtı çoxdan çatmayıbmı?
yanvarın 24-də Azərbaycan Hərbi-Hava Qüvvələrinin təyyarələri təmas
xətti boyunca uçuşlara başlayıb. Bu, düşməni daha sərt cavab tədbirləri
görülə biləcəyi barədə xəbərdar etmək üçün atılmış rasional taktiki
addımdır.
üçün çəkindirici təsirə malik növbəti addım tankların təmas xəttinə
yaxınlaşdırılması ola bilərdi. Məsələn, təmas xəttinin yaxınlığında
yerləşən yaşayış məntəqələrində tankların mövqe tutması erməni
qüvvələrinin indiki kimi bu yaşayış məntəqələrinin əhalisini daim atəş
altında saxlamasına qarşı effektiv cavab addımı olardı.
tankların yox, həmçinin dağ-atıcı polklarının, minaatan batareyaların,
artilleriyanın, həmçinin quru qoşunlarının ən güclü həlqəsi olan piyada
döyüş maşınlarının müəyyən hissəsinin arxa cəbhədən döyüş bölgəsi
istiqamətinə – təmas xəttinə aparılmassı cari vəziyyətə daha adekvat
addım olardı.
kifayət qədər tutarlı arqumentləri var. Ermənistan ordusunun
bölmələrinin yaşayış evlərini və dinc əhalini atəşə tutması göz
önündədir. ATƏT sədrinin şəxsi nümayəndəsi Anjey Kasprşikin və onun bir
neçə səhra köməkçisinin apardığı mənasız monitorinqlər bu əhalini
qorumağa cüzi də olsa kömək etmir. Deməli, Azərbaycan tərəfi danışıqlar
prosesində qalmaqala bərabər strateji əhəmiyyət daşıyan bu yaşayış
məntəqələrinin əhalisini qorumaq üçün adekvat hərbi addımlar atmaq
ixtiyarına da malikdir.
Short URL: http://www.cumhuriyyet.net/?p=3715