“Ukrayna hadisələri Azərbaycanda da təkrarlanacaq”
Eks-spikerdən şok açıqlama: “Azərbaycanda xaosun qarşısını ala biləcək kiçik bir qüvvə də yoxdur “
Ukraynada baş verən hadisələrdən hökumət ibrət dərsi götürüb, deklorativ
yox, real islahatlara başlamasa Azərbaycanda baş verə biləcək hadisələr
daha dramatik və faciəli olacaq. Ukraynada Azərbaycandan fərqli olaraq
seçkilərin hamısı müəyyən pozuntular olsa da, demokratik keçirilib.
Prezidentlər rəqiblərindən maksimum 5 faiz çox səs toplamaqla qələbə
çalıblar. Hökumət Azərbaycandakı kimi total korrupsiya içərisində deyil.
Ona görə də Azərbaycanda qarışıqlıq başlasa bu nəhəng enerjili bir
xaosa çevriləcək, kütlə qarşısındakı hamını və hər şeyi süpürüb atacaq.
Azərbaycan xalqın nə hökumətə, nə də müxalifətə inanmadığı unikal bir
ölkədir. 20 ildir hakimiyyətdə də müxalifətdə də eyni adamlar oturub.
Ukraynaya diqqət yetirin. Bu günkü müxalifətin liderləri Kliçko,
Yaçenyuk, Tyaqnibok müxalifətin 4-cü nəslinin təmsilçiləridir. Yəni son 5
ildə ortaya çıxmış komandadır. Buna baxmayaraq 2 aya yaxın uzanıb
həllini tapa bilməyən qarşıdurma Yanukoviçə nifrəti artırıbsa, müxalifət
liderlərinə inamı da sarsıdıb. Artıq müəyyən qüvvələr müxalifət
liderlərini yaxına buraxmır. Azərbaycanda xaosun qarşısını ala biləcək
kiçik bir qüvvə də yoxdur. Ona görə də hökumət vəziyyətin stabil
olmasından qürrələnməməli və reformalara başlamalıdır, axır başı bu
qaynayan qazan daşacaq.
Short URL: http://www.cumhuriyyet.net/?p=3717