Kəmaləddin Heydərovu Şamaxıda saymadılar

27.01.2014 - 10:34

“Fövqəlnazir”in zərərçəkən kimi adını siyahıya saldığı vətəndaşa ev vermədilər

 

“Fövqəlnazir”in zərərçəkən kimi adını siyahıya saldığı vətəndaşa ev vermədilər

 

“Mənim evimə fövqəladə hallar naziri Kəmaləddin Heydərov şəxsən
baxmışdı. Evin təhlükəli vəziyyətdə olduğunu bildirmişdi və adım yeni
evlə təmin olunacaq zərərçəkənlərin siyahısına salınmışdı. Lakin son
anda adımı siyahıdan çıxarıblar”. Bu sözləri “Azadlıq” Şamaxının Muğanlı
kənd sakini Yadigar Rəcəbov deyib. O, Muğanlıda baş verən torpaq
sürüşməsindən ziyan çəkən sakinlərdən biridir.

Lakin Şamaxının rəhbərliyi ona düşəcək evi başqa vətəndaşa verib:
“Evlərin paylanmasından bir gün əvvəl icra nümayəndəsi mənə zəng vuraraq
dedi ki, sabah gəl, evlər təqdim ediləcək. Yeni evlər Meysəri düzü
deyilən ərazidə tikilib. 63 evdir, onlardan 47-si Muğanlıdakı
zərərçəkənlər üçün, yerdə qalanları isə Muğanlıdakı torpaq sürüşməsindən
ziyan görən qonşu kəndlərin sakinləri üçün nəzərlə tutulmuşdu. Evlər
verilən gün getdim. Lakin bəlli oldu ki, mənim adım siyahıdan çıxarılıb.
Mən düşəcək ev başqa vətəndaşa verilib. Həmin adam zərərçəkən deyil.
Aydın deyil ki, nə üçün belə ediblər”.

Short URL: http://www.cumhuriyyet.net/?p=3718

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Yanvar 2025
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
2728293031