Azərbaycan-Türkiyə münasibətləri gərginləşir

27.01.2014 - 10:36

Bakı ilə Ankara Suriya məsələsinə görə razılığa gələ bilmir

 

Azərbaycanlıların Türkiyə sərhədlərini aşaraq Suriyada Əsəd rejimi
ilə döyüşməyə getmələri Bakı ilə Ankaranı üz-üzə gətirib. Bunun
qarşısının alınması üçün Türkiyə rəhbərliyinə dəfələrlə müraciət edilsə
də nəticəsi olmayıb. Hər halda Azərbaycanın Türkiyədəki səfirliyinin
mətbuat xidmətinin rəhbəri Elsəvər Salmanlı deyib ki, məsələ ilə bağlı
Türkiyənin yüksək vəzifəli şəxslərinə etiraz edilib: “Hətta Əhməd
Davudoğlu Bakıda olarkən ona da lazımi qaydada bildirildi ki, Azərbaycan
vətəndaşlarının Suriyaya getməsinin qarşısı alınsın”.
Azərbaycan
hakimiyyətinin narahatlığı səbəbsiz deyil. Ilham Əliyev iqtidarı Türkiyə
hakimiyyətindən fərqli olaraq Suriya məsələsində Bəşər Əsədin əleyhdarı
kimi çıxış etmir. Bu halda aəzrbaycanlıların Suriyada Əsəd rejiminə
qarşı döyüşməsi və bunun artıq ictimailəşməsi əlbəttə ki, Azərbaycan
hakimiyyəti üçün xoş deyil. Bu baxımdan hakimiyyət Suriyaya axının
qarşısının almağa cəhdlər göstərir. Lakin Ərdoğan hakimiyyəti fərqli
mövqe sərgilədiyinə görə Azərbaycan hakimiyyəti bu istəyinə nail ola
bilmir. Vəziyyət belə davam etdikcə Bakı ilə Ankara arasında
münasibətlər daha da gərginləşir.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=3719

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Dekabr 2023
BE ÇA Ç CA C Ş B
 123
45678910
11121314151617
18192021222324
25262728293031