Ramiz Mehdiyevdən Səfər Əbiyevə zərbə
PA rəhbərinin sabiq nazirlə bağlı yeni təyinata mane olduğu bildirilir
Sabiq müdafiə naziri Səfər Əbiyevlə bağlı redaksiyamıza maraqlı
məlumat daxil olub. Həmin məlumatda iddia edilir ki, Səfər Əbiyev mühüm
postlardan birinə təyinat almalı imiş. Artıq bununla bağlı qərar da
verilibmiş. Lakin son anda Prezident Administrasiyasının (PA) rəhbəri
Ramiz Mehdiyev bu təyinata mane olub. Lakin bununla belə Səfər Əbiyevlə
bağlı təyinatın üzərindən tamamilə xətt çəkilməyib. Yəni, PA rəhbərini
mövqeyini çəkindirmək üçün müzakirələr gedir.
Məlumatlarda o da
bildirilir ki, Qarabağ qazisi Zaur Həsənovla bağlı olaylarda adı
hallandırılan “Edis-Group” şirkətinin Səfər Əbiyevə məxsus olması barədə
məlumatlara eks nazirin “Bu məlumatların hansı mərkəzdən idarə
olunduğunu bilirəm” şəklində münasibət bildirməsi təsadüfi olmayıb. Məhz
həmin vaxtlarda Səfər Əbiyevlə bağlı təyinata maneə yaradılıb.
Məlumat
üçün bildirək ki, Səfər Əbiyev tutduğu vəzifədən azad edildikdən sonra
onun başqa vəzifəyə təyinat alacağı barədə məlumatlar yayılmışdı. Həmin
məlumatlarda bildirilirdi ki, eks bu üç vəzifədən birinə təyin edilə
bilər: Səfir, Azərbaycanın NATO-dakı təmsilçisi, Prezident yanında Ali
Inspeksiya Idarəsinin rəisi.
Short URL: http://www.cumhuriyyet.net/?p=3721