Hakimiyyət 3 beynəlxalq təşkilatı rəsmən düşmən elan etdi

27.01.2014 - 11:34
“Iqtidar Stalin metodlarından istifadə etməklə, özünü dalana dirəmiş olacaq”

 “Hakimiyyət insan haqları sahəsində çalışan təşkilatları özünə təhlükə hesab edir”

 

Bir qayda olaraq Azərbaycan hakimiyyətini tənqid edən beynəlxalq
təşkilatlar, insan haqları qurumları düşmən elan edilir və
ermənipərəstlikdə ittiham olunur. Bu dəfə isə Azərbaycanın düşməni
siyahısına “Freedom Hause”, “Armensty International” və “Human Right
Watch” təşkilatları düşüb.

Xatırladaq ki, hər 3 təşkilat dəfələrlə öz hesabatlarında
Azərbaycanla bağlı konkret faktlara istinad edib və ölkədə insan
haqlarının tapdanmasını, siyasi məhbusların olmasını, demokratik mühitin
olmamasını göstəriblər. Bu təşkilatların “Azərbaycan” qəzetində düşmən
elan edilməsi onu göstərir ki, adı çəkilən qurumlarla bağlı hakimiyyətin
konkret mövqeyi var və bu qurumların fəaliyyəti hakimiyyəti ciddi
narahat edir. 

Xatrıladaq ki, hər 3 təşkilat dünyada böyük nüfuza malikdir və bu
qurumların açıqladığı hesabatlar dünyada mötəbər qəbul olunur. 

Bəlkə də hökumət nümayəndələri müəyyən dövrdə, bu təşkilatların
düşmən elan edilməsini danacaq. Ancaq, unutmayaq ki, bu xəbər o qəzetin
səhifəsində tirajlanır ki, hətta prezidentin sərəncamları da bu qəzetdə
dərc olunandan sonra qüvvəyə minir.

Hüquq müdafiəçisi Leyla Yunus bildirdi ki, hakimiyyət Stalin
metodları ilə hərəkət edir və hamını pulla satın ala biləcəyini düşünür:
“Stalinin vaxtında da “xalq düşməni” termini dəb idi. Kim haqqın,
azadlığın tələb edirdisə, sürgün edilirdi, xain adlanırdı. Avtoritar
rejimlərdə də bu ənənə davam edir. Indi Azərbaycan hakimiyyəti də
Hitler, Stalin, Göbbels kimi yalan danışır, əsassız ittihamlarla çıxış
edir. Azərbaycan hakimiyyəti prinsipial mövqe nümayiş etdirən
təşkilatlara qarşı həmişə aqressiv münasibət sərgiləyib. Iqtidar
nümayəndələri düşünür ki, pul, neft varsa, hamını şantaj etmək, satın
almaq olar. Indiki halda isə ola bilər ki, bu 3 təşkilatın
nümayəndələrinin Azərbaycana gəlməsinə, fəaliyyətinə maneələr
törədilsin. Ancaq, bununla heç nəyə nail olmaq mümkün deyil. Hakimiyyət
bu yolla özünü dalana dirəmiş olacaq”.

Hüquq müdafiəçisi Intiqam Əliyev bu təşkilatların hədəf alınmasının
təsadüfi olmadığını və hakimiyyətin məqsədyönlü siyasətinin tərkib
hissəsi olduğunu bildirdi: “Azərbaycan hakimiyyəti xeyli sayda
beynəlxalq təşkilatları pul müqabilində zərərsizləşdirə bilib. Haqqında
danışdığımız təşkilatlar isə Azərbaycan hakimiyyətinin diktəsi ilə
hərəkət etmir və obyektiv araşdırmalar apararaq real vəziyyəti
işıqlandırırlar. Bu baxımdan bu təşkilatların “qara siyahı”ya salnıması
təsadüfi deyil və hakimiyyət insan haqları sahəsində çalışan
təşkilatları özünə təhlükə hesab edir. Həm ölkə daxilində, həm də ölkə
xaricində bu istiqamətdə çalışanlara maneələr törədilir. Təsadüfi deyil
ki, Azərbaycanda beynəlxalq təşkilatların fəaliyyətinə sərt qaydalar
qoulub. Belə ki, bu təşkilatlar Azərbaycanda fəaliyyət göstərməsi üçün
hökumətdən razılıq almalıdır. Belədə bu istiqamətdəki fəaliyyəti
mümkünsüz edir.  Xatırlayırsınızsa, Norveç Insan Haqları Evi də əsassız
səbəblərlə qapadıldı. Bir sözlə, bu təşkilatların hədəf alınması,
hakimiyyətin azad sözə, tənqidi fikrə münasibətinin göstəricisidir”.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=3723

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Sentyabr 2023
BE ÇA Ç CA C Ş B
 123
45678910
11121314151617
18192021222324
252627282930