VHP-nin Ömər Məmmədovla bağlı bəyanat yaydı

27.01.2014 - 12:15

Məlum olduğu kimi yanvarın
24-də günorta saatlarında gənc fəal və blogger Ömər Məmmədov həbs edilmişdir. Vətəndaş Həmrəyliyi Partiyası bəyanat yayıb.

Qeyd edək ki, gənc fəal Ömər
Məmmədov 26 fevral 1995-ci ildə Bakı şəhərində anadan olub. Şimali Kipr Türk
Respublikasında yerləşən “Cyprus İnternational” universitetinin tələbəsidir. 11
may 2013-cü ildən VHP Sabunçu rayon təşkilatının üzvüdür. 2013-cü ildə bir qrup gənclə “Axın” hərəkatını
təsis ediblər. Fəal içtimaiyyətçi, yüksək intelekt sahibi olan və heç siqaret
belə çəkməyən Ömərin narkotik ittihamı ilə həbs olunması gülüncdür və təəssüf
doğurur. Bu qanunsuz həbsi pisləyir, hüquq mühafizə orqanlarından bu məsələyə
obyektiv mövqe nümayiş etdirmələrini gözləyirik.

Vətəndaş Həmrəyliyi
Partiyası Ömər Məmmədovun həbsini gənclərə göstərilən əsassız təzyiqlərin tərkib
hissəsi sayır. Son günlər ölkədə gənclərə qarşı aparılan təzyiq-təqib
kampaniyası və gənclərin sistematik həbsləri bizi ciddi narahat edir. Biz,
hakimiyyətin müvafiq strukturlarını cəmiyyəti narahat edən və ölkədə süni
qarşıdurma yaradan, vətəndaş həmrəyliyini pozan münasibəti tezliklə dəyişdirməyə,
qanunsuz addımların qarşısını almağa çağırır və həbsdə olan gənclərin azadlığa
buraxılmasını tələb edirik.

Short URL: http://www.cumhuriyyet.net/?p=3728

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2025
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930