Tofiq Yaqubluya qarşı növbəti ədalətzislik

27.01.2014 - 20:21

Məhkəmə onun vəsadətini qəbul etmədi.

Məhkəmə onun vəsadətini qəbul etmədi.
 
“İsmayıllı işi” üzrə həbs olunan Müsavat başqanın müavini  Tofiq
Yaqublunun ailə üzvləri Şəki Şəhər Məhkəməsindən qayıdarkən İsmayıllı
rayonunda ağır yol qəzasına düşdülər. Bu qəza T.Yaqublunun barəsində
seçilmiş həbs qəti-imkan tədbirinin dəyişdirilməsi məsələsini gündəmə
gətirdi. Məsələnin hüquqi tərəfini şərh edən hüquqşünas Namizəd Səfərov
bildirmişdi ki, qanunvericilik də bunu tələb edir:
“Tofiq Yaqubluya
və İlqar Məmmədova verilmiş ittiham əsassız və qanunsuzdur. Həmin
şəxslərin siyasi baxışlarına görə həbs olunduğu göz önündədir.
Hüquqşünas olan hər bir kəs yaxşı bilir ki, bu ittihamın heç bir əsası
yoxdur. Hər 2 şəxs ailə başçısıdırlar. Onlara qarşı ittiham irəli
sürülsə belə, barələrində həbs qəti-imkan tədbirinin seçilməsi də
qanunsuz və əsassızdır”.
Deputat Fazil Mustafa isə hakimiyyəti Tofiq
Yaqublunu azadlığa buraxmağa çağırdı O, öz “facebook” səhifəində
İqtidarı özündə cəsarət tapmağa çağırmışdı:
“İsmayıllı hadisələrinə
görə ittiham olunanlardan biri, Müsavat Partiyasının başqan müavini,
Qarabağ qazisi Tofiq Yaqublunun ailə üzvlərinin, müdafiəçisinin və
sürücünün başına gələn qəza çox üzücüdür. Məncə Azərbaycan iqtidarı məhz
bu anda humanist addım atmağa özündə cəsarət tapmalıdır. Məhkəmə Tofiq
Yaqublu barədə həbs-qətimkan tədbirini dəyişməlidir ki, heç olmazsa,
ağır əməliyyat keçirəcək xanımının yanında olub mənəvi dəstək verə
bilsin”.
Ancaq, bütün bu çağırışlara, ictimai qınağa baxmayaraq
hakimiyyət öz mürtəce siyasətindən əl çəkmir. Ötən gün keçirilən məhkəmə
prosesində  Prokuror bu vəsatətin təmin edilməsinə qarşı çıxıb. Hakim
vəkilin vəsatətini təmin etməyərək Tofiq Yaqublu haqqındakı həbs
qətimkan tədbirini qüvvədə saxlayıb. Bu qərara Tofiq Yaqublu “Eşq
olsun!” deməklə reaksiya verib.
Paytaxtın “City Hospital”
xəstəxanasında müalicə olunan Maya Yaqublunun ağrıları artıb. Yanvarın
27-də qızı Nigar Yaqublu “Media forum” saytına açıqlamasında belə deyib:
“Anama ən güclü ağrıkəsicilər vururlar. Bu gün neyrocərrah Cəmil
İsrafilov onu müayinəyə gələcək. Müayinə etdikdən sonra anamın nə zaman
əməliyyat olunacağı bilinəcək”.
Xatırladaq ki, Müsavat başqanının
müavini Tofiq Yaqublunun xanımını, qızını və vəkilini Şəkidən Bakıya
gətirən avtomobil yanvarın 21-i axşam İsmayıllı rayonu ərazisində qəzaya
uğrayıb. Tofiq Yaqublunun xanımı Maya Yaqublu, qızı Nərgiz Yaqublu,
vəkili Xalid Bağırov və avtomobili idarə edən Müsavat fəalı Çingiz Əli
xəsarət alıblar. Maya Yaqubluya kəllə-beyin travması və baş beynin
silkələnməsi diaqnozu qoyulub. Onun boyun fəqərələrində sınıq-çıxıq da
var.
Çingiz Əli kəllə-beyin travması alıb, nəticədə baş beyni orta
dərəcədə əzilib. Nərgiz Yaqublu, Xalid Bağırov isə yüngül yaralanıblar.

Short URL: http://www.cumhuriyyet.net/?p=3734

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Yanvar 2025
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
2728293031