Təhsil Nazirliyindən gizli tapşırıq
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) son illər ali məktəblərə qəbul imtahanları zamanı keçid ballarını aşağı salır
Təhsil ekspertlərinin fikrincə, bu, ümumən orta məktəb məzunlarının
bilik səviyyəsinin aşağı olduğunun göstəricisidir. Abituriyentlər
ildən-ilə aşağı nəticə göstərdiyindən, keçid balları aşağı salınır ki,
qəbul planında boş yer çox qalmasın.
orta məktəblərə göstəriş verilib. Bu göstərişə görə, ümumtəhsil
müəssisələrində şagirdlərə “2” qiymətinin verilməsi qadağan olunur. Bu
isə öz növbəsində şagirdlərin sinifdə qalmasının qarşısını alacaq.
Qeyd edək ki, Mikayıl Cabbarov təhsil naziri təyin ediləndən sonra
ölkənin təhsil sistemində bir sıra yeniliklər tətbiq olunur. İctimaiyyət
tərəfindən diqqətlə izlənilən yeniliklərin təhsilin inkişafına təsir
edəcəyi qeyd edilir. Əks təqdirdə, ölkədə sinifdə qalan şagirdlər ordusu
yarana bilər.
Təhsil Nazirliyindən mətbuata bildirilib ki, şagirdlərin
sinifdən-sinfə keçirilməsi, yaxud sinifdə təkrar saxlanması onların
təlim nailiyyətləri əsasında həll olunur:
“Bildirmək istərdik ki, bu məsələləri əhatə edən yeni qaydalar hazırlanıb və təsdiq olunduqdan sonra ictimaiyyətə açıqlanacaq”.
Short URL: http://www.cumhuriyyet.net/?p=3735