2014-cü ildə planetin əhalisinin yarısı qalacaq

27.01.2014 - 21:30

2014-cü illə baglı 7 bəd proqnoz

 
 
 
 

2014-cü ilə artıq bir aydır ki, qədəm
qoyulub. Yenə də dünyanın bir çox öncəgörənləri, ekspert qrupları və
media 2014-cü ildə dünyada nə baş verəcəyi haqda proqnozlar irəli
sürürlər. 

“2014-cü ildə sizi istər siyasi arenada, istərsə də adi həyat tərzində
nələr gözləyir?” sualının cavabını aşağıda öyrənə bilərsiniz.

1. ABŞ-ın məşhur “Foreign Policy” jurnalı hərbi
münaqişələrlə bağlı proqnoz dərc edib. Proqnozlora görə, 2014-cü ildə
dünyanın “qaynar nöqtələri” Suriya, Livan, İraq, Banqladeş, Mərkəzi
Afrika Respublikası və Əfqanıstan olacaq. Bu siyahıya Rusiyada yerləşən
Şimali Qafqaz, xüsusilə Soçi şəhəri də əlavə olunacaq. 

2. Danimarkanın “Saxo Bank” ekspert qrupu 2014-cü ildə Avropa Birliyində parçalanmanın ola biləcəyi haqda proqnoz hazırlayıb.

Analitiklərin fikrincə, Avropanın ən varlı ölkəsi hesab edilən
Almaniya da iqtisadi problemlərlə üz-üzə qalacaq və bu da Fransa və
Yaponiya kimi ölkələrin iqtisadiyyatına təsir edəcək. Neftin bir
barrelinin qiymətinin aşağı düşməsi Rusiya Federasiyasına da öz təsirini
göstərəcək. 

3. 2014-cü ilin may ayında Şotlandiya
müstəqillik qazanmaq üçün referendum keçirəcək. ABŞ-ın sabiq dövlət
katibi Corc Robertsonun fikrincə, Şotlandiyanın müstəqillk qazanması
Avropanı parçalayacaq.

Xüsusilə, İspaniyada Kataloniya, Belçikada vallonlar, Kanada da isə Kvebek ayrılmağa çalışacaq.  

4. Misir öncəgörəni Coy Ayyadın
sözlərinə görə, 2014-cü il Rusiya üçün uğurlu olacaq. C.Ayyad hesab edir
ki, o, “Ərəb baharı”nı, Suriyadakı münaqişələrin olmasını, Qahirəyə qar
yağması kimi hadisələri dəqiqliklə deyib.

C.Ayyad sevindirici bir xəbər də yayıb ki, 2014-cü ildə 3-cü dünya müharibəsi başlamayacaq. 

Ancaq təbiət hadisələri, xüsusilə Sibir soyuğu ABŞ-a ciddi ziyan
vuracaq. Rusiya isə, əksinə, 2014-cü ildə dünyada öz təsir gücünü daha
da artıracaq və yeni valyuta yaradacaq.  

5. ABŞ-ın məşhur futuristi Rey Kurçveyl
2014-cü ildə super kompüterlərin insan beyninə “yol açacağı” haqda
proqnoz verib. Onun iddiasına görə, bunun nəticəsində süni intellekt
yaradılacaq.  

6. Okean suyunun qalxması, 2014-cü ildə
havaların istiləşməsi ilə nəticələnəcək. Dünyanın bir çox nəhəng
ölkələri, o cümlədən də, Sankt-Peterburq, Venetsiya və Nyu-York kimi
nəhəng şəhərlər suyun altında qala bilər. 

İqlimin dəyişməsi yeni qasırğalar yaradacaq. Nəticədə bu, Asiya sahillərini viran qoyacaq. 

7. Yeni öldürücü virus peyda olacaq və bunun nəticəsində Yer planetinin əhalisinin yarısı həlak olacaq

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=3736

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Oktyabr 2024
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
28293031