Siyavuş Novruzov Nostradamus olmaq istəyir

27.01.2014 - 23:15

“Mənim ötən il Milli Şura barədə dediyim fikirlər və
praqnozlarım özünü doğrultdu. Mən demişdim ki, prezident seçkilərindən
sonra Milli Şurada heç kəs qalmayacaq. İndi dediklərim özünü doğrultdu.
Buna görə baxarsınız, bir azdan mənə Nostradamus deyəcəklər”.

 
Bu sözləri hakim Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin
müavini, millət vəkili Siyavuş Novruzov “EL” hərəkatının rəhbəri Eldar
Namazovun Milli Şuradan istefa verməsinə münasibət bildirərkən söyləyib.
Onun sözlərinə görə, Milli Şuranın dağılması əvvəlcədən gözlənilən idi:
“Eyni adamlardır, neçə illərdir ki, təşkilatlarını dəyişə-dəyişə
gəlirlər. Bunların bir marağı var. O da maddi maraqdır. Onların ümumxalq
və ümumdövlət marağı yoxdur. Bunlar siyasəti özlərinə gəlir mənbəyi
hesab edirlər. Cəmiyyətə bu və ya digər formada pafoslu fikirlər
söyləmələrinə baxmayaraq onların arxasında ancaq maddi maraqları
dayanır. Bu da onun bariz nümunəsidir. İndi Azərbaycan xalqı bir daha
şahid olsun ki, bunlar bu cür insanlardır”.

Eldar Namazovun istefa ərəfəsində ABŞ-ın Azərbaycandakı səfiri
ilə görüş keçirməsi məsələsini də şərh edən S.Novruzov bildirib ki,
əslində bu barədə məlumatların yayılması “gözdən pərdə asmaq” məqsədi
daşıyır. Onun sözlərinə görə, Eldar Namazov Milli Şurada özünə çatan
haqq hesabı çoxdan alıb: “Eldar Namazov hələ Gürcüstan səfərinə
getməmişdən qabaq haqq-hesabını alıb. Rüstəm İbrahimbəyov da özünə
çatanı alıb, indi də çəkilib dayanıb kənarda. İndi də Eldar Namazov
kənara çəkilmək üçün istefa verdi. Milli Şurada Müsavat partiyasına pul
çatmasa da, ancaq bu partiyanın rəhbərinə haqq-hesab ödənilib. Digər
nümayəndələrinə pul çatmadığı üçün Müsavat Milli Şuradan uzaqlaşdı. Əli
Kərimli də 8,5 milyon pul alıb. Yoxsa Əli Kərimlinin qara qaşına, qara
gözünə görə o pul verilməyib ki? Əli Kərimli heç yerdə işləməyə-işləməyə
bahalı maşında gəzir, mühafizəçisi var. Hələ arada “Azadlıq” qəzetinə
pul yardımı da edir. Sual olunur ki, hardan alırsan bu pulları? Əgər
həmin pullar üzvlük haqqından toplanırsa, o zaman bu bank vasitəsilə
olmalıdır və bunun hesabatı ictimaiyyətə təqdim edilməlidir.   

Ümumiyyətlə, Milli Şurada təmsil olunan bir neçə şəxs pulu alıb
öz aralarında bölüşüdürüblər. Bu pullar ayrı-ayrı xarici dairələrdən
alınan vəsaitlər idi. Onlar pulu aıb bölüşdürəndən sonra aradan
çıxdılar. İndi də Cəmil Həsənli ortada tək qalıb. Mən hələ ötən il
demişdim ki, Cəmil Həsənli axırda tək qalacaq. Baxın, doğru çıxdı. İndi
Cəmil Həsənli tərəzidə olan qoyun əti kimi ortada qalıb”.

 

 

 

 

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=3739

XƏBƏR LENTİ

virtual_roadi

19.02.2024
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2024
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
26272829