Londonda qalmaqallı “şampan sifarişi” yarışının qəhrəmanı kim olub?

27.01.2014 - 23:28


Uzun müddət ARDNŞ-yə rəhbərlik edən və daha sonra nazir kürsüsünə
əyləşən Natiq Əliyev ölkəninin ən varlı məmurlarından biri hesab olunur

Uzun müddət ARDNŞ-yə rəhbərlik edən və daha sonra nazir kürsüsünə
əyləşən Natiq Əliyev ölkəninin ən varlı məmurlarından biri hesab olunur
 
Azərbaycanda məmurların, xüsusilə yüksək çinli
məmurların cah-cəlallı həyat tərzi heç kimə sirr deyil. Və bu bizim
ölkəmizdə adi hal kimi qarşılanır. Hər hansı bir nazirin və yaxud icra,
ya da hüquq-mühafizə orqanlarında çalışan yüksək vəzifəli məmurun hər
şeydən əvvəl bir milyonçu oliqarx biznesmen olması da təbii hal hesab
olunur. Artıq bizim psixologiyamız bu cür hallara tamamən alışıb.
Ölkəmizin
böyük cah-cəlal sahibi olan məmurlarından biri də Energetika naziri
Natiq Əliyev hesab olunur. Hər nə qədər özünü kölgədə saxlamağa çalışsa
da, uzun müddət ARDNŞ-yə rəhbərlik edən və daha sonra nazir kürsüsünə
əyləşən Natiq Əliyev ölkəninin ən varlı məmurlarından biri hesab olunur.
Onun oğlunun Türkiyə və Londondakı macəraları barədə ara-sıra mətbuatda
da yer alır. Özünü həddindən artıq varlı bir iş adamı kimi tanıdan
nazir oğlunun hər yerdə böyük hesablar ödədiyi bildirilir.
Redaksiyamıza daxil olan məlumata əsasən, bir müddət əvvəl bütün Londonu qarışdıran
və “Kitsch” bar-klubunda şampan sifariş vermək yarışına qatılaraq 210
min dollar hesab ödəməklə dünya xəbər kanallarının bir nömrəli xəbərinə
çevrilən oliqarx övladlarından biri məhz Natiq Əliyevin oğlu olduduğu
iddia olunur. Biz bu məlumatın nə qədər doğru olduğunu təsdiqləmək
imkanımızın məhdud olduğunu qeyd edərək, qarşı tərəfin mövqeyini dərc
etməyə hazır olduğumuzu bildiriririk.
Məlumatda
həmçinin bildirilir ki, Natiq Əliyevin oğluna məxsus “Xətai Tikinti
Mexanizasiya”ASC-nin əmlakının talanmasında və oradakı kiçik
səhmdarların paylarının əllərindən alınması istiqamətində qurulan
qurğunun Natiq Əliyevin oğlunun adı ilə bağlı olub. Çünki ASC-nin 47%
səhm paketi ona məxsus olub. Bundan əlavə Natiq Əliyevin oğluna məxsus
olan “Gold İnvest” MMC kimi böyük şirkət də vergidən yayınma halları baş
verib və nazir oğlunun bu vergidən yayınma  əməliyyatına görə külli
miqdarda qazanc götürdüyü idda olunur.
Verilən məlumatda həmçinin bildirilir ki, Natiq Əliyevin Quba,
Şamaxı, Şəki, Zaqatala, Qəbələ, İsmayıllı rayonlarında İstirahət
Mərkəzləri fəaliyyət göstərir. Nazirin vaxtaşırı bu istirahət
Mərkəzlərində dincəldiyi qeyd olunur. Həmçinin Energetika nazirinin
müxtəlif bahalı xarici markadan olan avtomobillərdən istifadə etdiyi,
hətta maşınları özünün sürüdüyü, ən bahalı siqaret və spirtli içkilərdən
istifadə etdiyi daxil olan məlumatda yer alır.
Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq
https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=3740

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Dekabr 2023
BE ÇA Ç CA C Ş B
 123
45678910
11121314151617
18192021222324
25262728293031