Mahir Abdullayevi oğurlayanları tapın!

28.01.2014 - 01:27

Abdullayevlər ailəsi aclıq aksiyası keçirir; Azad
Mursaliyevə 4 nəfər qoşulub

Yanvarın
27-də Mahir Abdullayevin Hüquqlarının Müdafiə Komitəsinin sədri Azad Mürsəliyev
mətbuat nümayəndələri üçün brifinq keçirib. Yanvarın 22-dən etibarən müddətsiz
aclıq aksiyası keçirən A. Mürsəliyev bir sıra məsələlərə aydınlıq gətirib.

A.
Mürsəliyev müddətsiz aclıq aksiyasının keçirməsinin səbəbləri barədə danışıb:
“Mən 2003-cü ildə itgin düşən Milli Təhlükəsizlik Nazirliyinin zabiti Mahir
Abdullayevin Hüquqlarının Müdafiə Komitəsinin sədriyəm. Ötən müddət ərzində
komitə üzvləri, mən və Elşad Abdullayev Mahir Abdullayev cinayətinin açılması
üçün əlimizdən gələni etmişik. Ötən 10 il ərzində Mahir Abdullayevin aqibətinə
aydınlıq gətirilməyib. İndi bütün hüquqi yollar tükənib. Bundan başqa mənim
özümə və Abdullayevlər ailəsinə qarşı hakimiyyət tərəfindən görünməmiş
təzyiqlər başlayıb. Faktiki olaraq özümün hüquqlarını müdafiə edə bilmirəm. Bu
səbəblə müddətsiz aclıq aksiyasına başlamışam”. A. Mürsəliyev qeyd edib ki,
onun sərbəst hərəkət hüququ qanunsuz olaraq məhdudlaşdırılıb: “Mənim ölkədən
çıxmağıma Baş Prokurorluq tərəfindən qanunsuz olaraq məhdudiyyət qoyulub. Mən
cinayət məsuliyyətinə cəlb edilməmişəm, barəmdə ittiham irəli sürülməyib, heç
bir banka borcum yoxdur, şahid kimi adım keçən məhkəmə prosesləri başa çatıb.
Sadəcə olaraq Baş Prokurorluq heç bir əsas göstərmədən mənim ölkədən çıxmağıma
qadağa qoyub. Məhkəmələr qanuni iddialarımı təmin etməyib. Tələb edirəm ki,
barəmdə seçilmiş qanunsuz qərar ləğv edilsin”.

A.
Mürsəliyev bildirib ki, dayısı Mahir Abdullayevinitgin düşməsi ilə bağlı heç
kim məsuliyətə cəlb edilməyib: “10 ildən artıqdır ki, Mahir Abdullayevitgin
düşüb. Cinayətlə bağlı minlərlə sənəd Baş Prokurorluğa təqdim edilib. Cinayətin
iştirakçıları barədə video görüntülər komitə və Elşad Abdullayev tərəfindən Baş
Prokurorluğa təqdim edilib. Lakin zərərçəkən tərəfin nümayəndələrinin
istintaqda iştirakına qanunsuz olaraq icazə verilmir. Mən Elşad Abdullayevin
səlahiyyətli nümayəndəsiyəm. Vəkalətnaməmi prokurorluğa təqdim etməyimə
baxmayaraq istintaq barədə bizə məlumat verilmir. Cinayətlə bağlı ölkə
prezidenti İlham Əliyev sərancam verib. Sərancama əsasən Müstəqil İstintaq
Komissiyası yaradılıb. Lakin Müstəqil İstintaq Komissiyası cinayəti gizlətməklə
məşğuldur “. A. Mürsəliyev eyni zamanda
ailəsinə qarşı təzyiqlər barədə danışdı: “Mənim ölkədən çıxmağıma qoyulan
qanunsuz qadağadan başqa ailəmiz, qohumlarımız təzyiq altındadır. Elşad Abdullayevin
ata yurdu, qardaşı İsmayıl Abdullayevə məxsus ev əlindən alınıb. Əlli il əvvəl
babamız tərəfindən alınan evin “kupca”sı məhkəmənin qərarı ilə ləğv edilib.
Elşad Abdullayevin övladlarına məxsus bank hesabları və evlərinə həbs qoyulub.
NataruslaraAbdullayevlər ailəsi üçün sənədlərin təsdiq edilməsi Ədliyyə
Nazirliyinin tapşırığı ilə qadağan edilib. Elşad Abdullayevin Kürdəmirdə
yaşayan qardaşı oğlu Mübariz Abdullayev
əsasız olaraq 10 il müdətinə azadlıqdan məhrum edilib.” A. Mursaliyev vurğuladı
ki, Mübariz Abdullayevin həbsi onlar üçün gözlənilməz olub: “2003-cü ildə Elşad
Abdullayevə dəfələrlə telefon zəngi edilir. Bir nəfər şəxs bildirir ki, Mahiri
azad etmək üçün 50 min pul götürüb Zaqatalaya gəlsinlər. Elşad Abdullayev digər
qardaşları ilə birlikdə Zaqatalaya yola düşür. Lakin Kürdəmirdə onlara silahlı
basqın edilir. Elşad Abdullayev həbs edilərək Kürdəmir Rayon Polis Şöbəsinə
gətirilir. Şöbənin o zamankı Qalib adlı rəis müavini bildirir ki, zəng edən mən
idim və Mahirin azad edilməsi üçün 5 milyon pul verməlisən. Elşad müəllim təkliflə
razılaşmır. Belə olan təqdirdə Mübarizi içəri gətirib bildirirlər ki, Mahiri bu
şəxs oğurlayıb. Elşad müəllimin təkidi ilə Mübariz 3 gündən azad edilir.
Üstündən 10 il keçəndən sonra yenidən eyni ittihamla Mübarizi həbs edib 10 il
iş veriblər. Halbu ki, Mübariz Abdullayev günahsızdır “.

Mübariz
Abdullayevin həyat yoldaşı Nəzakət Abdullayeva ərinin polis şöbəsinin rəis
müavinin sifarişi ilə həbs edildiyini bildirdi: “Ziya adlı şəxs Mübarizi evdən
çağırdı və bildirdi ki, ot lazımdır. Mübariz onunla bazara getdi. Bazarda
onları həbs ediblər. Mübarizin qabağına bir telefon qoyublar və döyərək boynuna
qoyublar ki, bu telefonla Elşad Abdullayeva zəng etdiyini desin. Daha sonra
deyiblər ki, deməsən bütün ailəni həbs edəçəklər. Mübariz məcburiyyət qarşısında razılaşıb.
2003-cü ildə onu 3 gün polisdə saxladıqdan sonra azad etdilər. Evə gləndə
gördük ki, döyülüb. Ötən il onu yenidən prokurorluğa çağırdılar. Ona deyiblər
ki, E. Abdullayev şikayət edib. Prokurorluqda Mübarizi yenidən döyüblər və 2003-cü
ildə verdiyi ifadəni təsdiq edilməsinitələıb ediblər. Məhkəmədə son söz deməyə
imkan vermədilər. Günahsiz olaraq 10 il iş verdilər”.

Tədbirin
sonunda Mahir Abdullayevin daha dörd qohumu – Tehran, Nəzakət, Göyçək və Pərvizə
Abdullayevlər də qoşulub. Aclıq
edənlərin əsasən üç tələbi var: Azad Mürsəliyevin və Elşad Abdullayevin
(fəaliyyəti dayandırılmış Beynəlxalq Universitetin keçmiş rektoru, Mahir
Abdullayevin Fransada mühacirətdə olan qardaşı) ailə üzvlərinin sərbəst
yerdəyişmə hüququna qoyulmuş məhdudiyyət aradan qaldırılsın (onlar ölkə
hüdudlarından kənara buraxılmır); Baş Prokuror yanında Müstəqil İstintaq
Komitəsi Mahir Abdullayevin oğurlanması cinayətində iştirak etmiş şəxslərin
məsuliyyətə cəlb edilməsi üçün əməli istintaq işləri aparsın; Elşad Abdullayevin
ailə üzvlərinə qohumlarına qarşı təzyiqlərə, qanunsuz və repressiv hərəkətlərə
son qoyulsun.

Əfqan

Short URL: http://www.cumhuriyyet.net/?p=3741

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2025
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930