Qəzaya uğrayan təyyarədəki son danışıqlar açıqlandı
Oktyabrın 31-də Misirdən Sankt-Peterburqa uçan və Sinay yarımadasında qəzaya uğrayan Rusiyaya məxsus A321 təyyarəsində ekipaj üzvlərinin son danışıqları üzə çıxıb.
Strateq.az xarici mətbuata istinadən xəbər verir ki, Qahirədəki mənbələr təyyarə radarlardan itməmişdən 4 dəqiqə əvvələ qədər ekipaj üzvlərinin adi söhbətlər etdiyini və səslərində hər hansı təlaşın olmadığını bildirib: «Ekipaj dispetçerlərlə adi qaydada söhbət aparır. Göyərtdə problemin olduğuna dair heç bir işarə yoxdur».
Mənbə onu da bildirib ki, təyyarə radarlardan itən zaman səsyazmada ekipaj üçün xarakterik olmayan səslər eşidilir. Lakin həmin məqamda həyəcan siqanlı verilməyib: «Səsyazmadan belə məlum olur ki, hər şey anidən baş verib və yaşananlar ekipaj üzvləri üçün gözlənilməz olub».
Qeyd edək ki, Misir hökuməti təyyarə qəzası ilə bağlı təhqiqatın 1 aya qədər davam edə biləcəyini açıqlayıb.
Short URL: http://www.cumhuriyyet.net/?p=37410