Xəzər Dəniz Gəmiçiliyinın şok cinayəti
Qurumu məxsus “Zəngəzur” gəmisi qaçaqmalçılıq yolu ilə neft daşıyırmırQurumu məxsus “Zəngəzur” gəmisi qaçaqmalçılıq yolu ilə neft daşıyırmış
Dövlət Xəzər Dəniz Gəmiçiliyinə məxsus “Zəngəzur” gəmisi qaçaqmalçılıq yolu ilə xam neft daşınması həyata keçirib. Bununla bağlı axar.az-ın
əldə etdiyi sənədlərdə göstərilir ki, “Zəngəzur” gəmisi 2013-cü il may
ayının 3-də kapitan Rasim Nəzərovun rəhbərliyi ilə beynəlxalq
konvensiyaların əksinə gedərək, qanunsuz olaraq sahildən 40 mil məsafədə
dayanıb. May ayının 7-də isə “Zəngəzur” gəmisinə Qazaxıstanın “Abay” və
Rusiyanın “Aleksandr” gəmilərindən yük götürülməsi ilə bağlı 121
nömrəli radioqrama daxil olub. Radioqramaya əsasən, “Zəngəzur” gəmisi
may ayının 8-də, saat 10:15-də 4.000 ton xam neft götürmək məqsədilə
“Abay” gəmisinə yaxınlaşıb. Həmin gün saat 15:00-da gəmidən yükləmə
başlanılıb və may ayının 10-u saat 08:00-da yükləmə başa çatdırılıb. May
ayının 10-u saat 12:55-də “Zəngəzur” gəmisi “Abay” gəmisindən aralanıb.
“Zəngəzur” 9.500 ton xam neftlə yola çıxır
Bundan 4 gün sonra, may
ayının 14-ü saat 20:00-da Rusiyanın “Aleksandr” gəmisi “Zəngəzur”
gəmisinə yaxınlaşsa da, yükdaşımaya ertəsi gün saat 14:30-da başlanılıb.
May ayının 16-da saat saat 08:30-da “Aleksandr” gəmisindən 5.000 ton
xam neftin “Zəngəzur” gəmisinə yüklənməsi başa çatdırılıb.
Rusiyanın
“Aleksandr” və Qazaxıstanın “Abay” gəmilərindən ümumilikdə 9.500 ton
olan xam neft götürən “Zəngəzur” gəmisi may ayının 20-si yola düşərək
bir gün sonra saat 21:30-da Səngəçal terminalına çatıb.
Bütün məlumatlar “Zəngəzur” gəmisinin qeyd kitabında rəsmiləşib və kapitan Rasim Nəzərovun imzası ilə təsdiqlənib.
Beynəlxalq
konvensiyalara görə, sahildən 40 mil kənarda yük mübadiləsi qadağan
edildiyi halda kapitan niyə bu qanunsuzluğa gedib? Nəzərə alsaq ki, belə
qanunsuzluqlar yalnız qaçaqmal daşınmalarında yol verilir, onda gəminin
qeyd kitabında əksini tapan bu məqamlar daha çox diqqət çəkir.
Məsələ
ilə əlaqədar 2013-cü il may ayında “Zəngəzur” gəmisinə kapitanlıq etmiş
Rasim Nəzərov “Axar.az”a faktı təsdiqləyərək, rəhbərliyin əmrini yerinə
yetirdiyini dedi:
“Bu hadisə baş verib, amma burda mənim heç bir
günahım yoxdur. Mən sıravi kapitanam və yükdaşımanı da idarədən mənə
verilən əmrə əsasən yerinə yetirmişəm. Işimi sənədli-sübutlu şəkildə
görmuşəm”.
Xəzər Gəmiçiliyi QSC-n mətbuat xidmətinin rəisi Vüqar
Sadıqov isə hadisədən xəbərsiz olduğunu bildirib və sahildən 40 millik
məsafədə yük götürmənin qanuna zidd olduğunu qeyd edib: “Inanmıram ki,
gəmi bu məsafədə yük götürsün”.
Short URL: http://www.cumhuriyyet.net/?p=3743