İbrahim Nehrəmlinin cavabı verildi
“Mən bu
milyarder, ilin iş adamı, qardaşı nazir , nehrəmli , Hacı İbrahimə başa
sala bilmədim ki….”
Məlum
olduğu kimi, bu gün “Yeni Musavat” qəzetinə açıqlamasında Hacı İbrahim
Nehrəmli onun aldatdığı iş adamı Elşad Məmmədovun özünü yandıracağı
haqda xəbərdarlığına aşağıdakı məzmunda cavab verib: “İstəyirsə özünü
lap damdan atsın. Mətbuat səhifələrində mənim şəxsiyyətimə yönəlik
təhqirlərlə dolu məqalə dərc etdirən Elşad Məmmədovu məhkəməyə
verəcəyəm. Qoy, bu məsələ hüquq müstəvisində həll olunsun. Yoxsa bu adam
şantajlarından əl çəkməyəcək. 51 və 52 saylı iki mənzilin Elşad
Məmmədova satışı da məhz “Skat” restoranında görülən işlərin müqabilində
həyata keçirilib. Bir müddət sonra məlum oldu ki, Orxan Sadıxovla birgə
“Skat” restoranda heç bir iş görməyiblər. Buna görə də E.Məmmədovla
bağlanmış müqavilənin ləğvini tələb etdim. Məhkəmə də öz növbəsində
iddiamı təmin etdi. Elşad Məmmədov da mətbuatda dediyi kimi heç kimə pul
verməyib, yalan danışır. “Xəzər Adaları”nda Orxanla birlikdə “Skat”
restoranını götürüb iş görəcəkdilər. Müqavilədə imzaladıqları
öhdəlikləri yerin yetirmədilər. Elə bildilər fırıldaq işlədib məni
aldadıb, aradan çıxacaqlar. Ona mənzilin sənədlərini verməmişəm, kağız
vermişdim ki, guya ödədilər. Bir də gördüm ki, Gürcüstana qaçıblar.
Onları tutub gətirdilər. Baş Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə
İdarəsində ifadə aldılar. Şikayət etdi, məhkəmədə uduzdu. Bu dəfə də
dinc dayanmadı, qəzetlərlə hücuma keçdi”. Hacı İbrahim Nehrəmli bildirdi
ki, biznesmenin özünü yandıracağı barədə mətbuata xəbərlər ötürməsi də,
sadəcə diqqət çəkmək üçündür: “Deyir ki, guya mən pul verib aldığı
mənzilləri onun əlindən almışam. Mənim buna nə ehtiyacım var axı. “Yeni
Şəhər”də meqa proje həyata keçirirəm. Ev satıram. Mənim iki evə
ehtiyacımmı var? Elşad Məmmədov özünü yandırmaq istəyirsə, yandırsın. Bu
ölkənin qanunları var. Hamı o qanunlara tabe olmalıdır. Fırıldaqçılıqla
heç kəs dövləti aldada, onun qanunlarını tapdalaya bilməz. Ona görə də
qərar vermişəm ki, Elşad Məmmədovu şərəf və ləyaqətimi təhqir etdiyi
üçün məhkəməyə verim. Qoy qanun qarşısında cavab versin”.
Elşad
Məmmədov isə bunununla bağlı verdiyi cavab açıqlamasında Hacı İbrahimin
dediklərinin yalan olduğunu bildirib. Onun sözlərinə görə, 355 min manat
pulu mənimsənilib: “Böyük qardaşım Qarabağ qazisidir. İndiyə qədər
1000-ə yaxın şikayətim nəticəsiz qalıb. Əlim hər yerdən üzülüb.
Prokurorluq, məhkəmələr hamısı sifariş yerinə yetirir. Bu əmrləri Hacı
İbrahim Nehrəmli verir. Hansı ki, mənim əlimdə sənədlər var. 2012-ci
ilin fevral ayının 1-də “Avesta” konserninin prezidenti Hacı İbrahim
Nehrəmliyə məxsus olan “Həsən-96” MTK-nın sədri Emil Tağıyevdən (Hacı
İbrahimin bacanağı) Nəsimi rayonu, Abay döngəsi, 360-cı məhəllədə inşa
olunmuş çoxmərtəbəli binanın 13-cü mərtəbəsində 51 və 52 saylı iki
mənzilin satın alınması barədə inşaatçı şirkətlə müqavilə bağlamışam.
Buna
görə də MTK-ya 355 min manat ödəmişəm. Maliyyə arayışını və kassa
mədaxil qəbzləri əlimdədir. Haqqımı tələb edəndə Hacı İbrahimin
mühafizəçisi məni ölümlə hədələdi. Bundan sonra ailəmin və üç körpə
övladımın təhlükəsizliyini təmin etmək üçün Qazax rayonuna köçdüm və
kirayələrdə qalmışam. Nə pulum qaytarılır, nə də mənzilləri verirlər.
İndiyə qədər baş prokurorluq, Korrupsiyaya Qarşı Mübarizə İdarəsi
susublar, məhkəmələr əleyhimə qərar çıxarıblar”. Elşad Məmmədov deyir
ki, nə Gürcüstana qaçıb, nə də Baş Mütəşəkkil Cinayətkarlığa Qarşı
Mübarizə İdarəsində ifadə verib: “Hacı İbrahimin dedikləri yalandır.
Guya mənə mənzilin sənədlərini yox, kağız verib. Pulu Zülü İsgəndərova
vermişəm. Qəbzlər, maliyyə arayışları əlimdədir. Gürcüstana da
qaçmamışam, “Banditizm”də də ifadə verməmişəm.
Başıma gətirilən
oyunlardan sonra mətbuata üz tutdum. Şikayətimi dilə gətirdim. “Azadlıq”
başda olmaqla bir çox qəzet və saytlar yazdı. Ancaq “Yeni Müsavat”
qəzeti məni dinləmədən hacı İbrahimə qahmar çıxdı, onu müdafiə etdi”.
Hacı İbrahim Nehrəmlinin məhkəmə hədəsinə gəlincə isə iş adamı deyir ki,
birinci o ədalət mühakimələrinə müraciət edib: “Ancaq məhkəmələrim mənə
qanunla çatacaq mənzili vermədilər. Məhkəmə prseslərinin ilkin
mərhələsində hakimlər gətirdiyim sənədlərə baxıb haqlı olduğumu dedi,
daha sonra isə əleyhimə qərar çıxardı”.O ki, qaldı Hacı İbrahim dediyi
“Skat” restoranının təmirinə mən o restoranı ilk dəfə “Yeni Musavat” -ın
saytında gördüm.Bir daha vurğulayıram ki, mən Azərbaycanda məhkəmələrə
inanmıram və bir vətəndaş kimi mütəşəkkil cinayətkar şəbəkənin başında
dayanan Hacı İbrahimə, “Həsən-96″ MTK-nın rəhbəri Emil Tağıyevə ,
MTK-nın şöbə müdiri Zülü İsgəndərova Baş Prokuror Zakir Qaralov cinayət
işi açsın.Kimin haqlı -kimin haqsız olduğu bəlli olsun. Mən bu
milyarder, ilin iş adamı, qardaşı nazir , nehrəmli , Hacı İbrahimə başa
sala bilmədim ki, mən Məmmədov Elşadam, Orxan Sadıxov yox. İki il
ərzində KİV-də gedən yazılara qarşılıq nəyə görə heç kim məsuliyyətə
cəlb olumayıb. Tələb edirəm Prokurorluqda cinayət işi başlansın.
Short URL: http://www.cumhuriyyet.net/?p=3747