Türkiyə və Fransa prezidentləri “erməni soyqırımı”ndan danışdı
A.Gül: “Ediləcək iş yaraları,acıları təkrar gündəmə gətirmək deyil, bunu tarixçilərin öhdəsinə buraxmaqdır”
F.Olland: “Fransada bu mövzuda bir qanun, çərçivə qərarı var, bunların icra olunması gərəkir”
Türkiyədə səfərdə olan Fransa prezidenti Fransua Olland Türkiyə prezidenti Abdullah Güllə görüşüb. Görüşdən sonra keçirilən birgə mətbuat konfransında
prezidentlərmüzakirə etdiklər mövzular barədə məlumat veriblər. Mövzular
əsasən iki ölkə arasında qarşılıqlı əlaqələr, xüsusən də ticarət
dövriyyəsinin artırılması, regional təhlükəsizlik məsələsində
əməkdaşlıq, Suriya böhranı, Türkiyənin Avropa Birliyinə üzvlüyü məsələsi
olub.Sonra prezidentlər suallara cavsab veriblər.
Görüşdə Fransanın “erməni soyqırımı”nı inkar edənlərə qarşı cəza
qanunun qəbul etməsinin müzakrə olunub-olunmadığına və bu istiqamətdə
rəsmi Parisin sonrakı fəaliyyətinə dair suala cavabında Gül bildirib ki,
bu mövzuya da toxunublar. “Bu, münasibətlərimizə zaman-zaman kölgə salan mövzu olub. Yüz il
əvvəlki acılar hamımızın ortaq acılarıdır. Təkcə Türkiyənin erməni
vətəndaşlarının deyil, Balkanlardakı müsəlman vətəndaşların da böyük
acıları olub. O illərin acılarını nəsildən nəsilə daşımaq doğru deyil.
Ediləcək iş yaraları,acıları təkrar gündəmə gətirmək deyil, bunu
tarixçilərin öhdəsinə buraxmaqdır. Biz bütün arxivlərimizi açmağa
hazırıq. Amma bu məsələ birtərəfli qaydada həll edilə bilməz.
Bu
mövzuda fərqli baxışlar ola bilər. Əvvəlki qanunlarımız bu cür
mövzuların müzakirəsini əngəlləyirdi. Ancaq bu qanunları dəyişdirdik.
Biz Fransada da bu mövzuda hər şeyin rahat şəkildə danışıla bilməsini
istəyirik”, – deyə Gül bildirib. Fransa prezidenti isə deyib ki, tarixə dair çalışmalar ağrılı ola
bilər, amma ediləsi iş barışığı axtarmaqdır. “Əvvəlcə baş verənlərin
tanınması üçün çalışmalıyıq. Bu il Birinci Dünya Müharibəsinin 100
illiyidir. Sonra 2015 olacaq. Bu müddəti çalışmağa xərcləməliyik. Doğru
olanı, edəcəyik, hüququ axtaracağıq, hər kəsin mövzunu anlamasını təmin
edəcəyik. Fransada bu mövzuda bir qanun, 2008-ci ildə qəbul edilmiş
çərçivə qərarı var. Bunların icra olunması gərəkir”., – deyə Olland qeyd
edib.
Short URL: http://www.cumhuriyyet.net/?p=3748