Şeyxdən məmur övladlarına “vəhabi ” ittihamı
“Elə məmurlar var ki, dövlət işində oturub maaş alır, amma övladları başqa-başqa məzhəblərə qoşulub yoldan çıxır”
da cinayətdir, yolverilməzdir”. Bu sözləri bu gün
Qafqaz Müsəlmanları İdarəsində (QMİ) dindarların iştirakı ilə keçirilən
tədbirdə QMİ sədri Şeyxülislam Hacı Allahşükür Paşazadə deyib.
O
qeyd edib ki, son vaxtlar belə hallar artıb: “Mən şəxsən heç bir
təriqətdən deyiləm, mən müsəlmanam. Çünki İslamda dini təriqətlərə
bölərək bir-birini aşağılamaq yolverilməzdir. Bu cinayətdir. Suriyada
indi şəhadət adıyla gedib döyüşürlər ki, bu da düzgün deyil. Özü də pula
görə gedib döyüşürlər. Peyğəmbər (ə) buyurub ki, pulla gedib döyüşmək
şəhadət sayılmır. Əminəm ki, dövlət bununla bağlı hansısa tədbir
görəcək. Çünki bu, İslama qarşı yolverilməzdir”.
Şeyx Qazılər
Şurasına da müraciət edərək bildirib ki, bu halların qarşısını almaq
üçün fəaliyyətə keçsin: “Bizim Qarabağ kimi dərdimiz var. Biz
torpaqlarımızın və oradakı qurbanlarımızın qeyrətini çəkməliyik. Bizim
əsl şəhadətimiz budur”.
Şeyx bəzi məmurlara da övladları ilə
bağlı müraciət edib: “İndi elə məmurlar var ki, dövlət işində oturub
maaş alır, amma övladları başqa-başqa məzhəblərə qoşulub yoldan çıxır”.
Short URL: http://www.cumhuriyyet.net/?p=3749