Azərcell Naxçıvanı Ermənistan hesab edir

28.01.2014 - 13:12

Türkiyədən Naxçıvana qayıdan MR sakinlərinə Azercell-dən mesaj: “Ermənistana xoş gəldiniz!”

Türkiyədən Naxçıvana qayıdan MR sakinlərinə Azercell-dən mesaj: “Ermənistana xoş gəldiniz!”
 

Naxçıvan MR sakinləri mətbuata çox düşündürücü bir
təxribatla bağlı məlumat veriblər. Şərur rayonundakı mənbənin
bildirdiyinə görə, Türkiyədən qayıdan vətəndaşlar Sədərək gömrüyünü
keçəndən sonra telefonlarını açarkən “Ermənistana xoş gəldiniz!” mesajını alırlar. Ən çox bu halla Azercell istifadəçiləri rastlaşır.

Xatırladaq ki, Azərbaycanın qardaş Türkiyə ilə olan cəmi 11
kilometrlik sərhəd zolağı məhz Ermənistan sərhəddinə yaxın olan Naxçıvan
ərazisinə düşür. Mobil telefonlara gələn bu mesajın Azərbaycan dilində
olması isə bu təxribatın arxasına kimlərin olduğu haqda düşünməyə vadar
edir.

Bu gün “AzPolitika.info”-nun əməkdaşı məlumatı araşdırarkən başqa
təəccüblü halla rastlaşıb. Şərur rayon ərazisində olan Azərcell
abunəçisinin telefon vasitəsi ilə facebook-da yolladığı inbox mesajında
ismarıcın göndərildiyi yer kimi Ermənistan şəhərlərinin adı qeyd olunub.
Həmin fotofaktı oxuculara təqdim edirik. Ən maraqlısı isə budur ki, öz
inkişafı ilə öyünən Azərbaycanin əlaqədar qurumları bu cür ciddi
təxribatın qarşısını almaqda acizlik nümayiş etdirir.

Azərcell Naxçıvanı Ermənistan hesab edir

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=3751

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Noyabr 2022
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930