Müdafiə Nazirliyində müəmmalı müşavirə

28.01.2014 - 16:27

Müdafiə Nazirliyində baş nazir Artur Rasizadənin rəhbərliyi ilə müşavirə keçirilib.Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş komandanı İlham Əliyevin ordu quruculuğunun inkişaf etdirilməsi sahəsində qarşıya qoyduğu tapşırıqların yerinə yetirilməsi ilə əlaqədar keçirilən müşavirədə Silahlı Qüvvələrin döyüşə hazırlığı və hərbi qulluqçuların döyüş əzmi yüksək qiymətləndirilib.

Rəhbərlik etdiyi qurumda belə nadir hallarda müşavirə keçirən, bəzən həftələrlə yoxa çıxan, varlığı ilə yoxluğu əksər hallarda bilinməyən Azərbaycanın formal Baş nazirinin heç ona birbaşa tabeçiliyi belə olmayan Müdafiə Nazirliyində müşavirə keçirməsi son illərin ən təəcüblü məlumatlarından biri hesab oluna bilər.
Hakimiyyətin iqtisadi məsələlərin belə mərkəzində olmayan, əksər hallarda parlamentə hesabat vermək üçün müavinlərini önə verən Artur Rəsizadəni Müdafiə Nazirliyinə göndərməsinin məntiqini anlamaq çox çətindir. Belə bir hadisə səhv etmiriksə, A.Rəsizadənin Baş nazirliyi zamanında ilk dəfədi baş verir.

Short URL: http://www.cumhuriyyet.net/?p=3756

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2025
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930