Tovuzda tutulan erməni “diversant”-ın 65 yaşı var

Xocayan Mamikan Azərbaycandan nə istəyir?
Qoşunların təmas xəttini keçərkən
saxlanılan erməninin adı məlum olub. Əsir və itkin düşmüş, girov
götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının katibi Şahin
Sayılov bildirib ki, bu gün saat 16 radələrində təxminin 65
yaşında olan mülki şəxs Xocayan Mamika Tiqranoviç Tovuzun Əlibəyli
kəndinin sakinləri tərəfindən saxlanılaraq hərbçilərə təhvil verilib.
Tovuz
Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Mahir Həsənov isə mətbuata açıqlamasında bildirib ki, Ermənistan vətəndaşı çayı keçərkən
saxlanılıb: “Saat 16 radələrində Tovuz rayonunun Əlibəyli kəndində çayı
keçərkən kənd sakinləri tərəfindən saxlanılan şəxs hərbçilərə təhvil
verilib”.
Xatırladaq ki, Müdafiə Nazirliyinin mətbuat xidmətindən
isə Tovuz rayonunda ələ keçirilən şəxsin erməni diversiya qrupunun üzvü
olduğu deyilib. O da bildirilib ki, həmin şəxs tutularkən silahlı olub.
Xocayan Mamikanın fotoları da yayılıb.
Short URL: http://www.cumhuriyyet.net/?p=3757