Füzulidə sahibkarlığın inkişafı diqqət mərkəzindədir

04.11.2015 - 14:22

_DSC1034Prezident cənab İlham Əliyevin respublikada sahibkarlığın inkişaf etdirilməsi, onların fəaliyyətinə müdaxilələr edilməməsi, sahibkarlar üçün yerlərdə münbit şərait yaradılması barədə tapşırıqları Füzuli rayonunda daim diqqət mərkəzində saxlanılır.

Rayonda sahibkarlığın inkişaf etdirilməsi, iş adamlarına və  sahibkarlara əlverişli şərait yaradılması məqsədilə Rayon İcra Hakimiyyətində İqtisadiyyat və Sənaye, Vergilər, Ekologiya və Təbii Sərvətlər, Maliyyə nazirliklərinin, Əmlak Məsələləri Dövlət Komitəsinin və digər aidiyyəti qrumların yerli nümayəndələrinin, hüquq-mühafizə orqanlarının iştikarı ilə görüş keçirilmişdir. Görüşdə rayonda özəl sektorun inkişafı, ərazidə yeni emal və istehsal müəssisələrinin yaradılması, iş yerlərinin açılması məsələləri müzakirə edilmişdir.

Müzakirələr zamanı rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev aidiyyəti qrumlara rayonda sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün lisenziyaların verilməsi, sahibkarlıq subyektlərində aparılan yoxlamaların dayandırılması ilə bağlı ölkə başçısının tapşırıq və göstərişlərini xatırlatmış, sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslərin incidilməsi, lazımsız yoxlamalar aparılmaması ilə bağlı konkret tapşırıqlar vermişdir.

Alı Alıyev bildirmişdir ki, ölkənin iqtisadi inkişafı sahibkarların gördükləri işlərdən asılıdır. Sahibkarlığın inkişafına göstərilən qayğı Füzulidə də özünü göstərməkdədir. Sahibkarlara yaradılan şəraitin nəticəsidir ki, neçə illərdir yüzlərlə şəxs rayonda sahibkarlıq fəaliyyəti ilə məşğul olur, rayonun iqtisadiyyatının möhkəmlənməsində yaxından iştirak edirlər. Onlarla insan rayonda kənd təsərrüfatı, kiçik emal müəssisələri yaradaraq məhsul bolluğu yaradır, sahibkarlıq fəaliyyətlərini genişləndirirlər.

Füzuli rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev, İqtisadiyyat və Sənaye Nazirliyinin, Vergilər Nazirliyinin, Əmlak Məsələləri Dövlət Komitəsinin və digər aidiyyəti qrumların yerli nümayəndələrinin, hüquq-mühafizə orqanlarının nümayəndələri  ilə birgə mütəmadi olaraq yerlərdə sahibkarlıq və ticarətlə məşğul olan şəxslərlə görüşlər keçirir, onların problemləri ilə maraqlanır, vergi qanunvericiliyi, vergi ödənilməsi ilə bağlı izahat və maarifləndirmə işi aparılır.
_DSC1037

Short URL: http://www.cumhuriyyet.net/?p=37615

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728