Yanukoviçlə Füle arasında qapalı görüş olub
Bu gün Kiyevdə Ukrayna prezidenti Viktor Yanukoviçlə
Avropa Birliyinin genişlənmə və Avropa qonşuluq siyasəti üzrə komissarı
Ştefan Füle arasında görüş keçirilib.
RİA “Novosti” agentliyinin verdiyi məlumata görə, bu barədə xəbər Ukrayna prezidentinin saytında xəbər yerləşdirilib.
1 saatadək çəkən görüşün detalları açıqlanmır.
Görüşdə Ukrayna Prezident Administrasiyasının rəhbəri Andrey Klyuyev və
AB-nin Ukrayna nümayəndəliyinin rəhbəri Yan Tombinski də iştirak
ediblər.
Ş. Fülenin Kiyevə tərəflər arasında yaranmış siyasi böhranın həllinə yardım etmək üçün səfər etdiyi bildirilir.
Qeyd edək ki, Ukraynada mitinqlər Nazirlər Kabineti avrointeqrasiyaya
pauza verdiyini elan etdikdən sonra – ötən ilin noyabrında başlayıb.
Kiyevdə etirazçılarla hökumət qüvvələri arasında baş verən
toqquşmalarda 3 nəfər ölüb, xeyli insan xəsarət alıb. Müxalifət
hökumətin istefasını və avrointeqrasiyanın davam etməsini tələb edir.
Ukrayna prezidenti danışıqların gedişində “Batkivşina” müxalifət
fraksiyasının lideri Arseniy Yatsenyuka baş nazir postunu təklif etsə
də, o bu təklifi qəbul etməyib.
Baş nazir Nikolay Azarov isə ölkədə ictimai-siyasi kompromis üçün əlavə
imkanlar yaratmaq, habelə Ukraynanın bütövlüyünü qoruyub saxlamaq üçün
yanvarın 28-də istefa verdiyini açıqlayıb.
Short URL: http://www.cumhuriyyet.net/?p=3762