Suriya sülh danışıqları yenidən təxirə salınıb
hökumətinin yaradılmasına dair tərəflərin baxışlarında böyük fərqlilik
olduğundan danışıqların ləğv edildiyini bildirib.
Suriya Milli Şurasının nümayəndə heyəti Suriya hökumətinin ölkənin
gələcəyi barədə təkliflərini dinləmədən danışıqları dayandırıb.
Sənəd hazırda Cenevrədə keçirilən danışıqların baza prinsipi hesab
edilir və hər iki tərəfin razılığı ilə keçid hökumətinin yaradılması da
daxil olmaqla, Suriya böhranına son qoyma yolunda bir neçə mərhələnin
vacibliyini vurğulayır.
Suriya prezidenti Bəşar Əl-Əsədə qarşı mübarizə aparan üsyançılar
onun hakimiyyətdən getməsinə israr edir. Suriya hökuməti isə cənab
Əsədin hakimiyyətdən getməsinin müzakirə mövzusu olmadığını deyir.
Bazar ertəsi Suriya hökuməti ölkənin gələcəyi üçün sənəd təklif edib.
Müxalifət tərəfi sənədi rədd edib. Buna səbəb sənəddə terrorizmlə
mübarizə və üsyançıları pul və silah-sursatla təmin etmənin
dayandırılması qeyd edilir.
Müxalifət sözçüsü hər iki tərəfin mühasirəyə aldıqları şəhərləri azad
etmək barədə əldə edilən razılığının bir hissəsi olaraq Suriya Milli
Şurasının ölkənin şimalında, hökuməti dəstəkləyən üç kəndi mühasirədən
azad edəcəyini deyib.
Short URL: http://www.cumhuriyyet.net/?p=3765