Bərdə sakini özünü yandırdı

29.01.2014 - 13:30

Bərdə rayon Alpoud kənd sakini ötən gün axşam saatlarında özünü yandırıb.

 

Hadisə şahidlərinin
verdikləri məlumata görə, kənd sakini özünə Bərdə Rayon İcra
Hakimiyyətinin binası qarşısında qəsd edib.

Kənd sakininin özünü yandırma səbəbi
hələ ki, bilinmir. Yanan şəxsin xəstəxanaya yerləşdirildiyi və onun
vəziyyətinin ağır olduğu bildirilir.

Bərdə Rayon İcra Hakimiyyətindən isə
hadisənin ümumiyyətlə baş vermədiyini bildiriblər. Bərdə Rayon Polis
Şöbəsi isə hadisənin baş verməsini təsdiqləyib. Bərdə Rayon Mərkəzi
Xəstəxanasının travmatologiya şöbəsindən verilən məlumata görə, özünü yandıran Alpoud kənd sakini yanıq xəsarətləri ilə ötən gün
xəstəxanaya yerləşdirilib. Onun vəziyyətinin normal olduğu bildirilir.

Bərdənin icra başçısının köməkçisi Zaur Bəylərov mətbuata
verdiyi açıqlamasında bildirdi ki, bu hadisədən xəbərsizdirlər: “Bu
xəbəri indi eşidirik. Belə bir hadisə baş verməyib”.

Z.Bəylərov hadisənin icra
hakimiyyətinin binasının qarşısında olmamasının əminliklə bildirsə də,
hadisənin başqa bir yerdə ola biləcəyini istisna etmədi.

Bərdə Rayon Mərkəzi Xəstəxanasının
qəbul şöbəsindən onu da bildirdilər ki, özünü yandıran şəxs
1970-ci il təvəllüdlü Maarif Vəliyevdir. O, hazırda xəstəxananın
travmatologiya şöbəsində müalicə alır: “Onun müalicəsi ilə həkim Xalid
Məmmədov məşğul olur. Buna görə də Xalid Məmmədovdan başqa heç kim
xəstənin vəziyyəti haqda açıqlama verə bilməz”.

Xəstəxanadan X.Məmmədovun hazırda xəstənin yanında olduğunu əsas gətirərək indi heç bir məlumat verə bilməyəcəyini söylədilər.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=3768

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Oktyabr 2024
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
28293031