Bakıda binanın damı maşınların üstünə uçdu

29.01.2014 - 13:43

Ölkə ərazisində gecə saatlarından başlayan külək Yasamal rayonunda fəsadlara yol açıb

 
 
  Ölkə ərazisində gecə
saatlarından başlayan külək fəsadlara yol açıb.  Bakı şəhəri Yasamal rayonunda binanın dam örtüyü uçub. 

Hadisə Nizami metrostansiyasının
yaxınlığında yerləşən yaşayış binalarından birində qeydə alınıb. Damın
uçması nəticəsində binanın həyətində dayanan maşınlara ciddi xəsarət
dəyib. Bir neçə maşın yararsız hala düşüb. 

Qeyd edək ki, bu gün Ekologiya və
Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti
Azərbaycanda gözlənilən hava şəraiti ilə bağlı xəbərdarlıq edib.
Məlumatda şimal küləyinin güclənməsi bildirilib. 

 

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=3769

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Dekabr 2022
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031