Aclıq edənlərdən birinin səhhəti pisləşdi

29.01.2014 - 13:57

Elşad Abdullayevin bacısı oğlu ilə aclıq edənlərdən birinin səhhəti pisləşdi

 
 
Mahir Abdullayevin Hüquqlarını Müdafiə Komitəsinin sədri, ABU-nun
sabiq rektoru Elşad Abdullayevin bacısı oğlu Azad Mürsəliyevin aclıq
aksiyasına qoşulan dörd nəfərdən birinin səhhəti pisləşib. Aclıq
otağından verilən məlumata görə, qanunsuz olaraq 10 il
həbs cəzası alan Abdullayev Mübariz Elşən oğlunun xanımı Nəzakət
Abdullayevin səhhəti ağırlaşdığından dünən aksiya keçirilən ünvana həkim
çağırılıb. Həkimlər aclıq edənləri ikinci dəfə müayinə ediblər.

Xatırladaq ki, A.Mürsəliyev ölkədən çıxışına qadağa qoyulmasına
etiraz olaraq və dayısı, 2003-cü ilin oktyabrından itkin düşən Mahir
Abdullayevin tapılması tələbilə yanvarın 22-dən aclıq aksiyasına
başlayıb. Daha sonra isə aksiyaya dörd nəfər qoşulub.

Short URL: http://www.cumhuriyyet.net/?p=3770

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2025
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930