Deyirlər qar yağacaq

29.01.2014 - 14:24

Bakıda qar və çovğun gözlənilir

Bakıda qar və çovğun gözlənilir
 

Bakı və Abşeron yarımadasında yanvarın 30-da hava
şəraitinin arabir yağıntılı olacağı, qar yağacağı, axşam bəzi yerlərdə
intensivləşəcəyi gözlənilir.

Güclü şimal küləyi əsəcək. Çovğun olacağı ehtimalı var.

Cumhuriyyet.az Ekologiya və Təbii Sərvətlər
Nazirliyinin Milli Hidrometeorologiya Departamentinə istinadən bildirir
ki, havanın temperaturunun gecə və gündüz 0-2 dərəcə isti, axşam 3
dərəcəyədək şaxta olacağı gözlənilir.

Azərbaycanın rayonlarında yanvarın 30-da arabir qar yağacağı, bəzi
yerlərdə intensiv və güclü olacağı gözlənilir. Arabir güclənən şimal
küləyi əsəcək. Bəzi rayonlarda çovğun olacağı ehtimalı var. Yollar buz
bağlayacaq. 

Havanın temperaturunun gecə 4 dərəcə şaxtadan 1 dərəcəyədək isti,
gündüz 2-7 dərəcə isti, dağlarda gecə 4-9, yüksək dağlıq ərazilərdə
10-15, gündüz 0-4 dərəcə şaxta olacağı gözlənilir.

Short URL: http://www.cumhuriyyet.net/?p=3773

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2025
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930