Bələdçilər intihar edəcəklər

29.01.2014 - 21:38

“Nə edək, biz də Qarabağ qazisi kimi üstümüzə benzin töküb özümüzü yandıraq?!”

 
“Azərbaycan Dəmir Yolları” QSC-nin kişi qatar bələdçiləri növbəti
aksiyanı keçiriblər.Yanvar ayının 11-dən başlayan və hələ də davam edən
bələdçi etirazlarına bu gün biri də əlavə olunub. “Azərbaycan Dəmir
Yolları” QSC-nin rəhbərliyi ilə görüşməli olan bələdçilər, öz
istəklərinə çata bilməyiblər.

“Azərbaycan Dəmir Yolları” QSC-nin Sərnişindaşıma İstehsalat
Birliyinin rəisi Elyar Muradov narazı bələdçilərlə görüşəcəyini
bildirilmişdi. Yanvarın 29- da idarənin həyətinə toplaşan bələdçilər
Elyar Muradovla görüşə bilməyiblər. Görüşün baş tutmamasının səbəbi isə,
jurnalistlərin bu görüşdə iştirak etmək istəməsi olub. Bələdçilərin
rəhbərliklə görüşünü işıqlandırmaq istəyən jurnalistlər, içəri
buraxılmayıb. Qatar bələdçiləri buna nə qədər etiraz etsələr də,
E.Muradovun fikri dəyişməyib. Bundan sonra bələdçilər görüşdən imtina
edərək idarəni tərk ediblər. Bunları musavat.com-a açıqlamasında
bələdçilər bildiriblər.

Bələdçilərin dediklərinə görə, onlar Elyar Muradovla görüşü boykot
ediblər: “Biz yanvarın əvvəllərindən haqsızlıqla mübarizə aparırıq.
Etirazlarımız bir nəticə vermədiyi üçün yanvarın 25-i aclıq aksiyası
keçirdik. Aksiyanı polislər zorakılıqla dağıtdılar. Buna baxmayaraq
aclıq aksiyasını davam etdirəcəyimiz elan etdik. Bundan sonra Elyar
Muradov söz verdi ki, yanvarın 29-da bizi qəbul edəcək və
problemlərimizi dinləyəcək. Biz də buna görə bu gün 30-40 nəfər bələdçi
yoldaşlarımızla bir yerdə idarəyə gəldik ki, Elyar Muradovla görüşək.
Bizdən başqa bir neçə jurnalist də var idi. Onların bizim görüşümüzdə
iştirakı vacib idi. Çünki rəhbərliyin bir də bizi aldatmağını
istəmirdik. Bizə nə söz deyirsə, jurnalistlərin iştirakı zamanı desin.
Amma Elyar Muradovun tapşırığı ilə jurnalistləri içəri buraxmadılar.
Dedilər ki, görüş yalnız bələdçilərlə keçiriləcək. Biz də buna etiraz
olaraq otağı tərk etdik. Elyar Muradovla görüşü boykot etdik”.

Şikayətçilərdən Mirsahib Sahibov musavat.com-a açıqlamasında bildirib
ki, haqlarını tapdalayırlar: “Bizi adam yerinə qoyan yoxdur. Bu qədər
şikayətlər etmişik, mətbuat yazıb, aksiyalar keçirmişik, amma heç bir
xeyri yoxdur. Dövlət qurumları şikayətlərimizə baxmır. Nə edək, biz də
Qarabağ qazisi kimi üstümüzə benzin töküb özümüzü yandıraq?!”.

Bələdçilər yanvarın 30-da Mehriban Əliyevaya müraciət edəcəklərini
dedilər: “Biz bir çox dövlət qurumlarına müraciət etmişik. Heç birindən
bizə cavab verməyiblər. Biz də sabah (yanvarın 30-da) səhər saat 10-da
toplaşıb, son ümid olaraq gedəcəyik Mehriban Əliyevanın qəbuluna. Rəsmi
surətdə şikayətimizi bildirəcəyik. Ümüdimiz Mehriban xanımadır. Yəqin o.
bizi Arif Əsgərovun qanunsuz və allahsız əməllərindən qoruyar,
haqqımızın bərpasına yardımçı olar.”

Qeyd edək ki, “Azərbaycan Dəmir Yolları” QSC-nin kişi bələdçilərinin
etirazları yanvar ayının 11-dən davam edir. Onların etirazına səbəb MDB
ölkələri istiqamətindəki xətlərdən çıxarılmaları, yerlərinə, beynəlxalq
xətlərə qadın bələdçilərin yerləşdirilməsi və bu səbəbdən maaşlarının
azaldılmasıdır.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=3777

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Oktyabr 2024
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
28293031