“Hər gün oğlumun qarşısında sınırdım…”

30.01.2014 - 02:47

Özünü yandıran bərdəli Qarabağ əlilinin qan donduran dramı “Yeni
Cumhuriyyət”də

“O uşağı ac-yalavac görəndə Allahdan özümə həmişə
ölüm arzulayırdım…”

 

Məlum olduğu kimi, Bərdə rayon Alpoud kənd sakini iki gün öncə axşam
saatlarında özünü yandırıb. Hadisə şahidlərinin verdikləri məlumata görə, kənd
sakini 1970-ci il təvəllüdlü Maarif Vəliyev özünə Bərdə Rayon İcra
Hakimiyyətinin binası qarşısında qəsd edib.Maraqlıdır ki, hadisənin baş
verdiyi ilk saatlarda Bərdə Rayon İcra Hakimiyyətindən hadisənin ümumiyyətlə
baş vermədiyini bildiriblər. Bərdə Rayon Polis Şöbəsi isə hadisənin baş
verməsini təsdiqləyib. Amma sonradan məsələni gizlətməyin mümkün olmadığını
anlayan rayon rəhbərliyi hadisəni təsdiqləməkdən başqa yol görməyiblər. Daha
sonra bəlli oldu ki, özünü yandıran Maarif Vəliyev Bərdə mərkəzi rayon
xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib və vəziyyəti orta-ağır kimi
dəyərləndirilir.

Məlumat üçün
bildirək ki, Bərdə Rayon İcra Hakimiyyətinin binası qarşısında özünü yandıran
Maarif Vəliyev II qrup Qarabağ əlilidir. Bunudünənkiaçıqlamasında Vətən Müharibəsi
Əlilləri İctimai Birliyinin sədri Firudun Məmmədov da təsdiqləyib. Təşkilat
rəhbəri həmçinin bildirib ki, M.Vəliyev acınacaqlı vəziyyətdə yaşayır:
“Maarifin nə evi yoxdur. O, ailəsi ilə birgə acınacaqlı vəziyyətdə yaşayır.
Maarif Vəliyev ya ev, ya da torpaq sahəsi ilə təmin olunmaq üçün dəfələrlə
Bərdə Rayon İcra Hakimiyyətinə müraciət edib. Lakin onun şikayətlərinə baxan
olmayıb. Buna görə də üstünə benzin tökərək özünü öldürməyə cəhd edib.
Xoşbəxtlikdən yanğını söndürmək mümkün olub. Lakin ayağının aşağı ətraflarında
ciddi yanıq xəsarətləri var”.

Bərdədə icra hakimiyyətinin qarşısında özünü yandıran II qrup Qarabağ
əlili Maarif Vəliyev canına qıyandan sonra verdiyi ilk açıqlamasında isə
intihar etməyinin səbəbləri haqda danışıb.

Qarabağ əlili bununla bağlı
verdiyi açıqlamada bildirib ki, bir uşağı olsa da bu yeganə övladı da I qrup
əlildir, üstəlik onu dolandıra bilmir: “O əlil uşağa da fərli-başlı baxa
bilmədiyim, o zavallını doyunca yedirib-içirə bilmədiyim üçün vicdan əzabı
çəkirdim. O uşağı ac-yalavac görəndə Allahdan özümə həmişə ölüm arzulayırdım.
Xəcalətimdən ölmək istəyirdim. Həyatda həmin o bir əlil oğlumdan başqa heç nəyim
yoxdur. O isə 16 yaşından sonra xəstələndi. Beyin funksiyasının pozulması
nəticəsində sağ qolu işləmədi, yeriməkdə çətinlik çəkir. Mən Qarabağda
ayaqlarımdan yaralanmışam, bir ayağımı pəncədən kəsiblər. Sağ ayağım sol
ayağımdan qısa olduğundan yeriməkdə, işləməkdə çətinlik çəkirəm”.

M.Vəliyev dedi ki, özünün və
oğlunun müalicəsi üçün külli miqdarda pula ehtiyacı olub deyə borca girib:
“Qardaşım mənə ev vermişdi. Borca görə onu da satdım. Mən hər gün 20 yaşlı
oğlumun qarşısında sınıram. Onun müalicəsinə kömək edə bilmədiyimdən hər gün
azı yüz dəfə ölüb-dirilirəm. İndi deyirlər, özünü niyə yandırdın, mən axı hər
gün yanıram. Mənə ev, ya torpaq vermirlər, kirayədə yaşayıram”.

Qarabağ əlili eyni zamanda
Səhiyyə Nazirliyinə də müraciət edib: “Tək istədiyim budur: mənim sağ əlimi
kəsib oğluma tiksinlər. Onsuz da onun istəklərini yerinə yetirə bilmirəm,
ayaqları tutmasa da əlləri işləsin”.

“Xəbər xidməti”

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=3781

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Sentyabr 2024
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30