Kənan Hacının vəziyyəti ağırdır: “Mənə lazım olan dərmanları vurmadılar”

05.11.2015 - 13:18

kenanHepatit-C xəstəliyindən əziyyət çəkən yazıçı Kənan Hacının vəziyyəti ağırdır.

Bu barədə AzNews.az-a K.Hacı özü məlumat verib. Onun sözlərinə görə, bir neçə ay bundan öncə Səhiyyə Nazirliyinin dəstəyi ilə müalicə aldığı 1 saylı Kliniki Tibbi Mərkəzdə Hepatit-C xəstəliyi ilə bağlı ona lazım olan dərman preparatları vurulmayıb: “Hepatit-C-yə qarşı olan əsas iynələr vurulmayıb, dərmanlar qəbul etməmişəm. Əsaslı müalicə olunmadığımdan ağrıyıram. Xəstəxanada olduğum 10 gün ərzində məni yüngülvari müalicə etdilər. Yəni, vitaminlər vurdular ki, bədən möhkəmlənsin. Xəstəliyin qarşısını almaq üçün virusa qarşı heç nə edilməyib. Özüm də kirayədə qalıram. Bilmirəm kirayə pulu verim, yoxsa özümə dərman alım”.

Yazıçı qeyd edib ki, xəstəxanadan çıxandan sonra Səhiyyə Nazirliyindən heç kim onunla əlaqə saxlamayıb: “Hamı vəziyyətimi bilir, kimə nə deyim? Kimisə bezdirmək istəmirəm. O vaxtdan işə getmirəm. İşə getməyə gücüm yoxdur. Ayaqlarım tutulur, kürəyim ağrayır. Evdə yeriməyə belə taqətim qalmayıb”.

Short URL: http://www.cumhuriyyet.net/?p=37833

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2025
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930