Səlim Müslümov korrupsiya alovunda yanır

30.01.2014 - 03:17

Rüşvətxorluq və korrupsiya Fizulu Ələkbərovun
nazir olduğu dövrdə necəydisə Səlim Müslümovun dövründə də eləcədir

Barmaq silkələməklə iş bitmir cənab nazir, rüşvəti
yığışdırmaq lazımdı….

Səlim Müslümovun əmək və
əhalinin sosial müdafiəsi naziri postuna təyinatından sonra onun yerli sosial
müdafiə fondlarının rəhbərlərinin də iştirak etdiyi məlum və məşhur toplantısı
hələ də xatirələrdən silinməyib.Yadınızdadırmı, Səlim Müslümov həmin iclasda
özünü lap başqa planetdən gələnlər kimi aparır, ünvanlı sosial yardımların
verilməsindəki süründürməçilik və rüşvətxorluqdan necə “yana-yana” danışırdı.
Elə həmin iclasdaca bəzimərkəz rəhbərlərini işdən azad edən Səlim Müslümov
hətta qısa müddətə də olsa özü haqda “işləyən nazir” imici formalaşdırmağı
bacarmışdı.

Amma elə o vaxt da yazmışdıq
ki, bütün bu kimi ictimai rəyə hesablanmış görüntülər, kimlərəsə barmaq
silkəmələrlə uzağa getmək mümkün olmayacaq. Bütövlükdə sistem rüşvətxorluq və
korrupsiyaüzərində qurulubsa hansısa sahədə şəffaflıq yaratmaq mümkünsüzdür.
Əslində Səlim Müslümov heç rəhbərlik etdiyi sahədə şəffaflıq yaratmaq da
istəmirdi, sadəcə olaraq işləmək istəmədiyi kadrları vurmaqla bunu həm də piar
kampaniyasına çevirmişdi. Elə həmin vaxt da bu işdənazadetmələr və yeni
təyinatların kökündə əlavə pul yığmaq strategiyasının dayandığı haqda fikirlər
səslənirdi. Ötən zaman və dətişməz qalan mənzərə isə bu iddiaların nə qədər
doğru olduğunu təsdiqləmiş oldu.

Dövlət Sosial Müdafiə Fondunun Yevlax rayon
şöbəsinin qarşısında yanvarın 26-da özünü yandıran II qrup əlil Nizami
Kərimovla bağlı olay isə yeni nazirin sözün bütün mənalarında ifşası oldu. Qeyd edək ki, N.Kərimov sosial yardım almaq üçün
Sosial Müdafiə Fondunun Yevlax rayon şöbəsinə müraciət etsə də yardım pulunu
ala bilmədiyindən özünü yandırıb. Onun 3 uşağı var. Qardaşı Kərimov Faxrəddin
Yusif öğlu Qarabagda şəhid olub. Təkcə bu fakt Səlim Müslümovun “uslahat” və
“rüşvətxorluğa qarşı mübarizəsi”nin necəliyinə işıq salır. Özünü yandıran
N.Kərimov xəstəxanadan verdiyi açıqlamada açıq şəkildə bəyan etdi ki, ona
ünvanlı sosial yardım təyin etmək üçün rüşvət istənilib və o da heç bir rüşvət
verməyəcəyini bildirib. Bundan sonra isə ona ünvanlı yardımın verilməyəcəyi
qətiləşib. Sonrası isə bəllidir, vətəndaş özünü yandırıb, rəsmilər əvvəlcə
bununla bağlı susmağa üstünlük verməyə çalışsalar da mümkün olmadığını görcək
dərhal açıqlamalar verməyə başladılar.

Nazir Səlim
Müslümov hadisənin yalnız ikinci günü açıqlama verərək baş vermiş hadisəylə
bağlı Yevlax rayonuna xüsusi komissiyanın göndərildiyini dedi. Bunun ardınca
isəYevlax rayon ƏSMM-nin direktoru Rövşən Məhərrəmov işdən azad edilib.

Məsələnin ziddiyətli məqamlarından biri isə bundan ibarətdir ki, rəsmilər
öncə açıqlama verərək N.Kərimovun maddi vəziyyətinin yaxşı olduğunu (Yevlaxın
icra başçısı hətta xüsusi pafosla əlavə etmişdi ki, onun hətta maşını da
var-red) bəyan edərək ünvanlı yardımın bu səbəbdən verilmədiyini deyirdilər. Cəmi
bircə gündən sonra isə
vəzifəsindən azad edilən mərkəzin sabiq direktoru Rövşən Məhərrəmov
bildirib ki, Nizami Kərimovun müavinətinin dayandırılması özünün səhlənkarlığı
üzündən baş verib. Çünki sentyabr ayından bəri müavinət almayan Nizami Kərimov
bu işin üstünə düşməyib və lazımi sənədləri toplamayıb.
Göründüyü kimi, verilən rəsmi açıqlamalar belə bir-birilə uzlaşmır, ziddiyyət təşkil
edir. Ortada ciddi rüşvət faktı var, amma bir ay öncə bu kimi hallara qarşı
“barışmaz” olan Səlim Müslümovun silkələnən barmağını görmədik. Halbuki bu onun
dünənə qədər xoşladığı jestlərdən biri idu. Əvəzində isə Yevlax ƏSMM-nin
direktoru sakitcə vəzifəsindən kənarlaşdırıldı, halbuki ona qarşı cinayət işi
açılmalıydı. Yaxşı bunları da qoyaq bir kənara…

Bəs,
Səlim Müslümovun rüşvətxorluq və korrupsiyaya qarşı açdığı “savaş”ın axırı necə
oldu? Onun bu sahədə “irəliləyiş”i yalnız Baş Prokurorluq yanında Korrupsiyaya
qarşı Mübarizə İdarəsinin yaydığı son hesabatda “görünür”. Belə ki, Fizuli Ələkbərovun
nazir olduğu dövrdə ən çox korrupsiyalaşmış dövlət qurumu olaraq ilk yeri tutan
ƏƏSMN Səlim Müslümovun gəlişindən sonra siyahıda sonuncu yerlərə doğru geriləyib.
Səbəb? Səbəb odur ki, Səlim Müslümov siyasi komanda nənsubiyyəti etibarilə
Prezident Adminstrasiyasının rəhbəri Ramiz Mehdiyevin çətiri altlndadır.
Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin də məhz PA rəhbərinə yaxınlığı Səlim
Müslümovun siyahıdakı geriləməsinin əsas səbəbidir. Reallıqda isə hər şey göz
önündədir; rüşvətxorluq və korrupsiya Fizulu Ələkbərovun nazir olduğu dövrdə
necəydisə Səlim Müslümovun dövründə də eləcədir. Sadəcə bircə fərq var: Fizuli
Ələkbərovun nazir olduğu dövrdə heç kim özünü ƏƏSMN binası qarşısında
yandırmırdı….

 

Şahin

Short URL: http://www.cumhuriyyet.net/?p=3784

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Yanvar 2025
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
2728293031