Azərbaycan ordusunun başı üzərində rus küləyi

30.01.2014 - 03:28

Müdafiə nazirliyindəki “zəlzələnin” pərdəarxası

Azərbaycan Müdafiə Nazirinin qardaşı Rusiya müdafiə nazirliyi baş kəşfiyyat idarəsinin yüksək rütbəli əməkdaşı
olub

Cəbhə xəttində Zakir Həsənovla ciyin-ciyinə pozalar verən Nəcməddin
Sadıkov Kremlin razılığı ilə Dağıstanın
milli qəhrəmani elan olunub

Prezident seçkilərindən sonra Müdafiə Nazirliyinin
rəhbərliyində baş verən dəyişiklik, əslində Azərbaycanın xarici siyasətində
Rusiyameyilliliyin üstünlük qazanması, həmçinin hakimiyyət daxilində Moskvanın
təsiri altında olan qruplaşmanın həlledici qələbə əldə etməsidir


Müdafiə nazirliyindəki “zəlzələnin” pərdəarxası

Azərbaycan Müdafiə Nazirinin qardaşı Rusiya müdafiə nazirliyi baş kəşfiyyat idarəsinin yüksək rütbəli əməkdaşı
olub

Cəbhə xəttində Zakir Həsənovla ciyin-ciyinə pozalar verən Nəcməddin
Sadıkov Kremlin razılığı ilə Dağıstanın
milli qəhrəmani elan olunub

Prezident seçkilərindən sonra Müdafiə Nazirliyinin
rəhbərliyində baş verən dəyişiklik, əslində Azərbaycanın xarici siyasətində
Rusiyameyilliliyin üstünlük qazanması, həmçinin hakimiyyət daxilində Moskvanın
təsiri altında olan qruplaşmanın həlledici qələbə əldə etməsidir

 

Zakir Həsənovun qardaşı kimdir və Heydər Əliyev onu
niyə “vurmuşdu”?

Zakir Həsənovun böyük
qardaşı Eldar Həsənov Rusiya müdafiə nazirliyi baş kəşfiyyat idarəsinin yüksək
rütbəli əməkdaşı olub. Eldar Həsənov hələ sovet dövründə SSRİ Müdafiə
Nazirliyinin Zaqafqaziya Hərbi Dairəsində Baş Kəşfiyyat İdarəsində mühüm post
tutub. Sakit təbiətli və olduqca savadlı kadr kimi tanınan Eldar Həsənovun hələ
sovet dövründa polkovnik rütbəsinə qədər yüksəldiyi bildirilir.

Eldar Həsənov SSRİ dağıldıqdan sonra Azərbaycana
qayıdıb və Prezident yanında Xüsusi İdarədə işləməyə başlayıb. Sözügedən
idarənin rəisi Şəmsi Rəhimov 1994-cü ilin sentyabr ayında qətlə yetirildikdən
sonra Eldar Həsənov bir neçə ay Xüsusi İdarəyə rəhbərlik edib. Maraqlı faktdır ki, 1994-cü ilin oktyabr
hadisələrindən sonra mərhum prezident Eldar Həsənovu nəinki vəzifədən çixarir,
hətta orqandan xaric edir.
Bunun dəqiq səbəbi haqda məlumat olmasa da, ehtimal edilir ki, keçmiş KQB
generalı Moskvanın dəstəyi və təşkilatçılığı ilə baş verən oktyabr
hadisələrində vaxtilə SSRİ (əslində Rusiya) Hərbi Kəşfiyyatında mühüm vəzifə
tutan Eldar Həsənovun da hansısa rol aldığından şübhələnib. Və ya bunula bağlı
əlində müəyyən bilgilər olub…

Hər halda, Heydər Əliyevin bu qərarı verməsinin
ciddi səbəbləri olmalı idi. Konkret fakt olmasa belə rus-sovet kəşfiyyat
sisteminə yaxından bələd olan Heydər Əliyevə məlum idi ki, SSRİ (Rusiya)
Müdafiə Nazirliyi Baş Kəşfiyyat İdarəsində çalışanlar heç vaxt təxris
olunmurlar. Hətta belə bir məhşur söz də var ki, kəşfiyyatda işdən getmək olar, ancaq xidmətdən imtina etmək olmaz…

Eldar Həsənov 2003-cü ildə rus emissarları ilə
qayıdır

Eldar Həsənov işdən
uzaqlaşdırılandan sonra bir müddət kölgəyə çəkilir. Təxminən 1999-2000-ci
illərdə Moskvadan gələn xahiş əsasında o vaxtın Milli Təhlükəsizlik naziri
Namiq Abbasov Eldar Həsənova formal bir iş verir – onu özünə müşavir götürür.
Bu təyinatdan xəbər tutan Heydər Əliyev Namiq Abbasova bərk qəzəblənir.
Rəhbərin sərt danlağı ilə üzləşən MTN başçısı cəmi 5 gündən sonra ikinci bir
əmrlə Eldar Həsənovu nazirlikdən uzaqlaşdırır.

Lakin Vladimir Putin Rusiya prezidenti seçildikdən
sonra Azərbaycan-Rusiya münasibətlərində gərginlik aradan qalxmağa başlayır.
Rusiya ilə münasibətləri yaxşılaşdıran Heydər Əliyev varis planını
reallaşdırmaq üçün bir müddət sonra Kremllə sıx əməkdaşlığa başlayır. Heydər
Əliyevin səhhəti getdikcə ağırlaşdığından planın reallaşmasına kömək etmək üçün
2002-ci ilin sonlarından etibarən rusiyalı strateqlər Bakiya gəlir. Nə qədər qəribə olsa da, Bakıda məskunlaşan ruslara
rəhbərlik məhz Eldar Həsənova həvalə olunur. İlham Əliyevin seçki
təbliğatından tutmuş, müxalifətlə bağlı həyata keçirilən siyasətə qədər, bütün
məsələlərdə Eldar Həsənovun rəhbərlik etdiyi rusiyalı strateqlərin məsləhətləri
nəzərə alınır.

Hətta 2003-cü ildə prezident seçkiləri öncəsi
müxalifətə qarşı “qara piar” kampaniyasını, o cümlədən lider kanalında
yayımlanan “Kuklalar” verilişinin də Eldar Həsənovun rəhbərlik etdiyi qrup
tərəfindən hazırlandığı bildirilir. Bu işlərə paralel olaraq, ehtimal olunan
etirazları yatırmaq üçün hazırlıqlar gücləndirilir. Bu işə də Rusiyadan
mütəxəssislər cəlb olunur. Yalamada
Daxili Qoşunların təlim-məşq bazası açilır və Rusiyanın daxili asayişi qorumaq
üçün nəzərdə tutulan xüsusi təyinatlı dəstəsinin – “Vempel” qrupunun üzvləri
hissə-hissə gətirilərək ora yerləşdirilir. Bu qrupun 2003-cü ilin 15-16
oktyabr ixtişaşlarının yatırılmasında fəal iştirak etdiyi haqda məlumatlar var.
(16 oktyabrda etirazçılara zor tətbiq edən qara maskalıların rus dilində
danışdığını şahidlər də təsdiqləyir).

Zakir Həsənov karyerasında sıçrayışвЂ¦

Zakir Həsənovun
karyerasında qəfil sıçrayış da bu ərəfələrdə baş verir. O, Dövlət Sərhəd Xidmətinin Beynəlxalq Əlaqələr İdarəsinin rəisi
vəzifəsindən (Bu vəzifəyə onu Elçin Quliyev təyin edib) götürülərək Azərbaycan
Respublikası prezidentinin 17.01.2003-cü il tarixli 1130 N-li sərəncamı ilə
Daxili İşlər Nazirinin müavini – Daxili Qoşunların Komandanı vəzifəsinə təyin
edilir, 17.05.2003-cü il tarixli Fərmanı ilə isə general-mayor rütbəsini alır. Sual olunur: Necə oldu ki, prezident Heydər
Əliyev DİN orqanlarının özündə kifayət qədər peşəkar, sədaqətli generallar,
polkovniklər olduğu halda Daxili Qoşunlar kimi son dərəcə mühüm bir qoşun
növünə Sərhəd Xidmətinin sıradan zabitini – vaxtilə vəzifədən qovduğu bir
şəxsin qardaşını gətirdi? Eldar Həsənovun MTN başçısının müşaviri olmasına
razılıq verməyən prezident, nə baş verdi ki, onun qardaşına hakimiyyətinin
taleyini etibar etdi?!

Fikrimizcə, bunun bir izahı var ki, Eldar Həsənov
keçmişdə buraxdığı “səhvlərindən” nəticə çıxararaq, Rusiyadan gələn
kəşfiyyatçı-strateqlərlə birlikdə hakimiyyətin qorunması işində yaxından
iştirak etdiyi üçün mükafatlandırıldı – qardaşı Daxili Qoşunların komandanı
vəzifəsinə təyin olundu. Hətta bəzi
iddialara görə, Zakir Həsənovun bu vəzifəyə təyin olunması Moskvadan şəxsən
Heydər Əliyevə xahiş olunub…

Yeri gəlmişkən, “Bakı-Xəbər” qəzetinin 19 avqust
2005-ci il tarixli sayında gedən yazıda iddia olunub ki, həmin ilin payızında
Azərbaycanda gözlənilən inqilabın qarşısını almaq üçün yenə də Rusiyalı
strateqlərin iştirakı ilə formalaşdırılmış “Əks-inqilab komitəsi”nin işində də
Eldar Həsənov aktiv iştirak edib. Lakin bu dəfə vəziyyət daha ciddi idi deyə
(2003-də Azərbaycanla bağlı Rusiya-ABŞ anlaşması olmuşdu, lakin 2005-də belə
anlaşma yox idi-müəll) bu “komitəyə” birbaşa rəhbərliyi Rusiya kəşfiyyatının
rəhbərləri edirdilər.

2013-cü il: yenə təhlükə, yenə rus yardımı

2003-cü il qədər olmasa da, 2013-cü il də
hakimiyyətin taleyinin həll olunduğu illərdən biri sayılırdı. Yaxın tarixdə baş
verənlər yaddaşlardan silinməyib. İlham Əliyevin üçünçü dəfə prezident
seçkisində iştirakına beynəlxalq ictimaiyyətin mənfi reaksiyası, hətta bəzən
bunun yolverilməz olduğunun bəyan edilməsi, klanlararası mübarizənin
güclənməsi, müxalifətin vahid namizəd ətrafında birləşməsi və üstəlik də
Rusiyadan gələn təhdidlər mövcud iqtidarı yenidən təhlükə ilə üz- üzə qoymuşdu.

Xüsusən Moskvanın hakimiyyətə qarşı böyük cəbhə
açması, Rusiyadakı azəbaycanlı oliqarxları prosesə cəlb etməsi, onların dili
ilə müxalifətin birliyinə dəstək bəyan olunması Bakıda ciddi panika yaratmışdı.
Rəsmi Bakının Kremlin təhdidləri qarşılığında ABŞ-ın və Avropanın dəstəyini
almaq cəhdləri də səmərə verməmişdi. Həm Vaşinqtona, həm də Brüsselə gedən
nümayəndə heyətləri əliboş geri qayıtmışdı. Qərb İlam Əliyevin üçünçü müddətə prezident olmasına isti yanaşmadı və
hakim düşərgəyə başqa bir namizədlə cıxış etmək tövsiyyə olundu. Ancaq
hakimiyyətdəki klanları İlham Əliyevdən fəqli bir namizəd ətrafında birləşdirmək
mümkün deyildi.

Putin nəyin müqabilində hakimiyyətə dəstək verdi?

Belə bir şəraitdə
hakimiyyətin qarşısında 2 yol qalırdı: “Rubikonu
keçərək” hamıya və hər kəsə müharibə elan etmək, ya da Moskva ilə razılaşaraq
ənənəvi üsullarla iqtidarı qorumaq. Lakin beynəlxalq birliyin kəskin etirazları
qarşısında (Bu mövqe daha sonra ATƏT Müşahidə Missiyasının seçkilərə mənfi
qiymətində özünü göstərdi), Rusiyanın da dəstəyi olmadan hakimiyyəti qorumaq
ölkədə nəticəsini proqnozlaşdırılmayan hadisələrə yol aça bilərdi.
Hakimiyyət də məhz ikinci yolu seçdi. Seçkidən
az əvvəl Putin ortada heç bir rəsmi səbəb olmadan 2 hərbi gəmi ilə Bakıya səfər
etməklə İlham Əliyevə istədiyi dəstəyi verdiyini nümayiş etdirdi. Ancaq nəyin
müqabilində?

Bununla bağlı müxtəlif iddialar var. Putinə küllü
miqdarda nağd pul verilməsindən tutmuş, Azərbaycanın “Avrasiya İttifaqı”na
daxil olmaq öhdəliyi götürməsinə qədər. Bu iddiaların hansının düz, hansının
əsassız olduğunu söyləmək çətindir. Ancaq Kremlin rəsmi Bakıdan gələcək
hərbi-siyasi əməkdaşlıqda üstünlüyün Rusiyaya verilməsini tələb etdiyi şübhə
doğurmur. Çünki bu istəyini Moskva dəfələrlə açıq şəkildə də bəyan edib.
Belə görünür ki, Azərbaycan hakimiyyəti də bu şərtə razılıq verib. Belə olduqda isə, Moskva ilə hərbi
əməkdaşlığın genişləndirilməsi üçün müdafiə naziri postunda Rusiyaya meyili
şəxsin oturması zərurətə çevrilirdi. Hər halda, bu siyasəti Səfər Əbiyev kimi
NATO və İsrail generaliteti ilə yaxın münasibətlər qurmuş, eyni zamanda və ən
əsası, Azərbaycan hakimiyyəti daxilindəki Rusiyaya meyilli qüvvələrlə
antoqonist ziddiyyətlərdə olan bir nazirlə həyata keçirmək mümkün deyildi. Bu
baxımdan şeckidən dərhal sonra Səfər Əbiyevin yerinə qardaşı Rusiya Müdafiə Nazirliyi Baş Kəşfiyyat İdarəsinin yüksək rütbəli
zabiti olan Zakir Həsənovun gətirilməsini təkcə ölkədaxili qüvvələr
nisbətinə başlamaq düzgün olmazdı.

Nəcməddin Sadıkovun külli-ixtiyar sahibinə çevrilib

Zakir Həsənovun müdafiə naziri təyin olunduqdan sonra atdığı addımlar da
bu ehtimalı gücləndirir. Peşəkar hərbçiləri, ordunun NATO sisteminə keçidində
ximəti olan generalları, zabitləri total şəkildə vəzifəsindən, hətta ordudan
uzaqlaşdıran Həsənov meydanı Rusiya hərbi elitası ilə isti münasibətləri olan
şəxslərə verib. Heç təsadüfi deyil ki,
Zakir Həsənovun ilk əmrlərindən biri ehtiyatda olan general-mayor Anatoliy
Vasyakı Müdafiə Nazirliyində vəzifəyə qaytarması oldu…

Həsənovun Müdafiə Nazirliyindəki bütün generaları,
zabitləri “ələkdən keçirdiyi” halda, Moskva ilə isti münasibətləri şübhə
doğurmayan, Kremlin razılığı ilə Dağıstanın
milli qəhrəmani elan olunan Baş Qərargah rəisi general-polkovnik Nəcməddin Sadıkova böyük səlahiyyətlər
verməsi, kadr siyasətinə rəhbərliyi ona tapşırması da diqqətdən yayına bilməz.
Əbiyev Rusiya hərbi-kəşfiyyat elitası ilə yaxın münasibətlərə malik Nəcməddin
Sadıkovun kadr siyasətinə qarşışmasına imkan vermirdi. Ancaq hazırda Müdafiə
Nazirliyində kimin kim olduğunu yaxşı bilən Sadıkovun fikri həlledici əhəmiyyət
daşıyır. 20 ilə yaxın bir yerdə işləmələrinə rəğmən Səfər Əbiyevlə bircə
fotosuna rast gəlinməyən Nəcməddin Sadıkovun indi Zakir Həsənovla ciyin-ciyinə
pozalar verməsi də onun külli-ixtiyar sahibinə çevrildiyini nümayiş
etdirməsidir.

Bütün bu deyilənlərdən
çıxan məntiqi nəticə budur ki, Bakı – Moskva münasibətlərində psixoloji
gərginlik şəraitində keçən (Putinin Bakıya səfərinə qədər) prezident
seçkilərindən sonra Müdafiə Nazirliyinin rəhbərliyində baş verən dəyişiklik,
əslində Azərbaycanın xarici siyasətində Rusiyameyilliliyin üstünlük qazanması,
həmçinin hakimiyyət daxilində Moskvanın təsiri altında olan qruplaşmanın
həlledici qələbə əldə etməsidir. Bu siyasət Ordunu, ümumilikdə Azərbaycanı hara
aparacaq, onun zaman göstərəcək.

Murad Məmmədov, azpolitika.info

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=3785

XƏBƏR LENTİ

virtual_roadi

19.02.2024
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2024
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
26272829