Heydər Əliyev repressiyasının qurbanları

30.01.2014 - 03:48

Heydər Əliyev repressiyasının qurbanları1970-
ci illərdə 37- ci il ab- havası:
Həbslər və
repressiyalar…

Məmməd İsgəndərovun
məhv olunması

Heydər Əliyev repressiyasının qurbanları1970-
ci illərdə 37- ci il ab- havası:
Həbslər və
repressiyalar…

Məmməd İsgəndərovun
məhv olunması

(əvvəlini
burdan oxuyun http://www.cumhuriyyet.net/cemiyyet/3659-heyder-eliyev-qambay-memmedovu-nece-mehv-etdi.html)

 

 

1969- cu ildə Heydər Əliyevin hakimiyyətə gəlməsi ilə
Azərbaycanda sözün gerçək mənasında “soyuq
şimal küləkləri” əsməyə
başlayır. Korrupsiyaya qarşı elan olunana mübarizə uydurulmuş, yalançı,
qondarma mübarizə olmaqla rəqiblərin sıradan çıxarılması üçün cəza mexanizminin
əsaslarının hazırlanmasına xidmət edirdi. Əslində birmənalə şəkildə qeyd etmək
olar ki, 1969- cu ilə kimi Azərbaycanda hər hansı geniş miqyaslı korrupsiya əməlləri
yox idi. Hansısa məmura hörmət etməyin ən yüksək göstəricisi kiçik hədiyyə, bəxşiş
vermək idi. Bu bəxşişi verən adam da səhərə qədər narahatlığından yata bilməzdi.
Ali məktəblərə qəbulda rüşvət yox idi.

1969- cu il hakimiyyət dəyişikliyindən sonra bütün
sferalarda korrupsiya genişlənməyə, çiçəklənməyə başladı. Artıq məmurlara kiçik hədiyyələr
deyil, böyük həcmdə rüşvətlər verilirdi. Ali məktəblərə qəbullara qədər ayaq
açan rüşvət, eyni zamanda qohumbazlıq, yerliçilik vəzifəyə təyinatda aparıcı
meyarlara çevrildi. Qorxu xofu yaratmaq, qisasçılıq, paxıllıq dövlət siyasətinin
əsas elementi oldu. Ölkədə 1937- ci il küləkləri əsməyə başladı. Həsblər,
repressiyalar vüsət aldı. 19070- ci il repressiyalarının 37- ci il
repressiyalarından yeganə fərq o idi ki, insanlar açıq- aşkar, kobudluqla, kütləvi
şəkildə deyil, gizli şəkildə, ustalıqla, mədəni formada partiyadan, işdən
çıxarılır, təqib edilir, həbs olunur, ya da işgəncəyə məruz qalıb qətlə
yetirilirdilər. Xalqın dilində o dövrün acı gerçəkliyindən bir kəlam da
yaranmışdı; pambıqla baş kəsmək. Bu kəlam həm insanlara verilən, sonu ölüm olan
“mülayim işgəncə”- nin, həm də repressiyaların daha çox “pambıq pripiskaları”
ilə həyata keçirilməsinin rəmzi mənası idi.

Hədəfə gələn insanlar ölkənin nüfuzlu, tanınmış,
savadlı vəzifəli şəxslər idi. O insanlar ki, Heydər Əliyev onların nufuzundan,
xalq və Moskva yanında hörmətindən xoflanırdı, ehtiyat edirdi. Ölkədə tədricən
“qanun şah deyil, şah qanundur” prinsipi genişlənir və dövlətin aparıcı siyasətinə
çevrilirdi. Həmin dövrün araşdırmaçıları və tarixçiləri qeyd edirlər ki,
insanlara, xüsusən Əliyevin bəyənmədiyi məmurlara qarşı aparılan repressiv
siyasət təkcə “pripiska” ilə bitmirdi. Savadlı, təmiz, vicdanlı adamları
faydalı işdən ayırıb ləkələmək və damğalamaq üçün bütün vasitələrdən istifadə
edilirdi. Elə vəziyyət yaranmışdı ki, hətta qanun müdafiəçiləri nəinki
başqalarını, heç özlərini də müdafiə edə bilmirdilər. Çünki o vaxt qanun
ayrı-ayrı şəxslərin iradəsindən zəif idi.

Kütləvi həsblər…

O
dövrdə, bir qayda olaraq, azərbaycanlıları, xüsusən də Azərbaycan türklərini cəmiyyətdən
təcrid etmək üçün iki metoddan istifadə edilirdi: ziyalı sinfi Cinayət Məcəlləsinin
167-cı maddəsilə, yəni hakimiyyətdən və ya qulluq mövqeyindən sui-istifadə etmək
adı altında (məsələn: bağ evində bir koma
tikdirdiyinə, sınıq-salxalq bir maşın aldığına, oğluna-qızına restoranda toy
etdiyinə görə və digər uydurma “cinayətlərlə
“), fəhlə sinfi isə 226-cı maddə
ilə, yəni narkoman adı altında cəmiyyətdən təcrid olunurdular. Sonra isə məhkəməyə
qədər cürbəcür saxtakarlıqla bir neçə maddə də əlavə olunurdu. Hədəfə götürülən
adamı damğalayıb cəmiyyətdən təcrid etmək mümkün olmadıqda isə onu istər-istəməz
rahat buraxmırdılar. Hökmən mənəvi əziyyətlərə, sarsıntılara və repressiyalara
məruz edirdilər. Dünya ictimaiyyətinə yaxşı məlumdur ki, keçmiş SSRI-də olan məhbusların
sayı dünyanın o biri ölkələrinə nisbətən qat-qat çox idi. Bu da Kommunist
Partiyasının əsas siyasətlərindən biri idi ki, zəhmətkeşləri cürbəcür üsullarla
damğalayıb, ucuz işçi qüvvəsi kimi istifadə edərək “kommunizm” cəmiyyəti
qursun.

Keçmiş SSRI-də, bütün sahələrdə olduğu kimi dövlətə
ucuz işçi qüvvəsi verməkdə də respublikaların planı vardı. Heydər Əliyev Moskva
qarşısında özünə böyük hörmət qazanmaq məqsədilə dövlətə ucuz işçi qüvvəsi vermək
sahəsində də fədakarlıq göstərib, planı 500 faizdən də artıq yerinə yetirirdi.
Burada isə artıq, pripiskaya və rəqəmlərin şişirildilməsinə heç bir ehtiyac
qalmırdı. Həbsxanalarda yer çatmırdı. Məhbuslar növbə ilə yatırdılar. Minlərlə
günahsız azərbaycanlı “kommunizm” cəmiyyəti qurmaq üçün ucuz işçi qüvvəsi kimi
istifadə olunurdu. Onlar mənəvi əziyyətlər çəkib, işgəncə və zülmlərə məruz
qalır, fiziki sağlamlıqlarını itirirdilər, bir hissəsi də dünyasını dəyişirdi.
Bunun nəticəsində də on minlərlə azərbaycanlı balası atalıq qayğısından məhrum
edilirdi və ailələr, evlər-eşiklər dağılırdı.

Dövlətə
ucuz işçi qüvvəsi vermək üçün CM-nin 167-ci maddəsinə əsasən damğalananların
sayı-hesabı yox idi. Ağına-bozuna, qadınlığına-kişiliyinə baxmadan hər hansı
bir humanistlik göstərən adam da bu maddə ilə damğalanırdı.

1- ci katib vəzifəsinə namizəd olan
16 nəfərin repressiya tarixi

Ötən
yazımızda qeyd etdiyimi kimi Leonid Iliç Brejnev Sov. IKP MK Baş katibi
seçildikdən sonra Azərbaycan xalqı Azərbaycan KP MK birinci katibi Vəli
Axundovun 16 namizəddən (Ş.Qurbanov, M.Isgəndərov, Ə.Əlixanov, M.Əlizadə, Ə.Kərimov,
R.Məmmədov və digərləri) biri ilə əvəz olunacağını gözləyirdilər. Lakin
V.Axundov vəzifəsindən gedənə qədər bu namizədlərdən ikisi, ən cavanları –
Ş.Qurbanovla M.Əlizadə müəmmalı şəkildə öldürülür və buna görə də heç bir adam
da məsuliyyətə cəlb olunmur. Heydər Əliyev Azərbaycan KP MK-nın birinci katibi
seçildikdən sonra bu vəzifəyə namizəd olan və sağ qalanların hamısı
repressiyalara məruz qaldılar. Onlardan ikisinin: Azərbaycan SSR Ali Soveti Rəyasət
Heyətinin sabiq sədri Məmməd Isgəndərovla Kürdəmir Rayon Partiya Komitəsinin
birinci katibi Məmməd Məmmədovun taleyi isə daha acınacaqlı olmuşdur.
Respublikanın bu görkəmli şəxsiyyətlərinin Heydər Əliyev tərəfindən
repressiyalara necə məruz qalmalar barədə aşağıda tanış olacaqsınız.

Heydər
Əliyev MK-nın birinci katibi olana qədər M.Isgəndərova həmişə ağsaqqalım və
dayı deyərdi. Bunun da səbəbləri vardı. Araşdırmaçı- dissident Nadir Ağayev
“Prezidentin tərcümeyi-halı şəffaf olmalıdır” yazısında qeyd edir ki, bu
münasibətə baxmayaraq elmlər doktoru, professor, əməkdar elm xadimi Məmməd Isgəndərov
Heydər Əliyev qısqanclığının qurbanı oldu. Heydər Əliyev əldə etdiyi kürsüdə
ömürlük oturmaq üçün, bu kürsüdə oturmaq fikrində olanları və bu kürsüdə
oturmağa layiq olan şəxsiyyətlərin hamısını məhv etməyə çalışırdı. Bunun üçün də
o, cürbəcür metodlardan istifadə edirdi.

Məmməd İsgəndərov
kim olub?

Məmməd İsgəndərov 1915-ci ildə Qubadlı
rayonunun Eyvazlı kəndində dünyaya gəlib. Ailədə beş qardaş olublar: Süleyman,
Kərim, Səlim, Xanlar və Məmməd. 1919-cu ildə ermənilər kəndə hücum edəndə
Süleyman erməni gülləsinə tuş gəlib. M. İsgəndərov 1929-cu ildə Bakıya gələrək Sabir adına pedoqoji məktəbə daxil olub və Xanlıq kənd orta məktəbində bir
müddət dərs dedikdən sonra 1935-ci ildə Azərbaycan Sənaye İnstitutunda mühəndis-geoloq
ixtisasına yiyələnərək, neft mədənlərinin birində işə düzəlib. 1953-cü ildə
Lenin rayon partiya komitəsinin 1-ci katibi seçilib. 1959-cu ildə Nazirlər
Sovetinin sədri təyin olunub. 1961-ci ildə Azərbaycan Ali Soveti Rəyasət Heyətinin
sədri seçilib. İki çağırış (1961-1969-cu illər) ali qanunverici orqana başçılıq
edib.

O həm də elm sahəsində böyük nailliyətlər qazanıb.
1956-cı ildə “Neft-mədən geologiyası və neft-qaz yataqlarının işlənməsi”
adlı əsərini çap etdirərək geologiya-mineralogiya elmləri doktoru elmi adına
layiq görülüb. 1970-ci ildə Dərinlik qazma elmi-tədqiqat İnstitutuna direktor təyin
edilib və ömrünün sonuna qədər burada işləyib. 1985-ci ildə, 70 yaşında
dünyasını dəyişib.

Heydər
Əliyevin həyatı təhlükədə…

Və ya Məmməd İsgəndərov Əziz Əliyevi
necə reabiltasiya edir?

1953-cü ildə isə Heydər Əliyevin həyatı təhlükə
altında olur. Onun tabeçiliyində olan bir rus qızı Əliyevdən Moskvaya şikayət
yazır. Bununla bağlı Moskvadan Heydər Əliyevin fəaliyyətinin yoxlanılması və cəzalandırılması
barədə göstəriş gəlir.
Bu vaxt Heydər
Əliyevin qayınatası professor Əziz Əliyev də Azərbaycan KP MK-nın birinci
katibi Mir Cəfər Bağırovun etimadının öhdəsindən gələ bilmədiyi üçün onun da həyatı
təhlükə altında qalır. Belə ki, M.C.Bağırov Dağıstan MR-nı Azərbaycana birləşdirmək
üçün Lavrenti Beriyanın təqdimatı əsasında, Əziz Əliyevi Muxtar Respublikanın
KP MK-in birinci katibi seçilməsini təmin etmişdir. Ancaq Əziz Əliyev
M.C.Bağırovun etimadını doğrultmur. Bununla bağlı əlindən partiya bileti
alınmaqla, özü də Sabunçu qəsəbəsindəki xəstəxananın baş həkiminin müavini vəzifəsinə
göndərilir.

Bu vaxt SSRI və
respublika rəhbərliyində köklü dəyişiklər baş verir. Mir Cəfər Bağırov Azərbaycan
KP MK birinci katibi vəzifəsindən uzaqlaşdırılır. Bu vəzifəni qısa müddətə
DTK-nın sabiq sədri Teymur Yaqubov icra edir. Sonra Azərbaycan KP MK-nın
birinci katibi I.Mustafayev, ikinci katib Vitali Səmədov, MK-nın katibi və eyni
zamanda MK-nın Reablitasiya Komissiyasının sədri Məmməd Isgəndərov olur.

Professor Ə.Ibrahimovun “Görkəmli insanların həyatı.
Məmməd Əbdül oğlu İsgəndərov” kitabında M.Ə.İsgəndərovun baldızı Kamilə xanımın
Əzizbəyovanın“Yaxşılığa-yamanlıq”başlığı altında yazdığı xatirəsi Heydər
Əliyevlə bağlıdır. O yazır:“Həmin zamanda mənim kiçik bacım Nəzimə göstərilən xəstəxanada
(Sabunçu xəstəxanasında) hamiləlikdən müalicə olunurdu. Biz də onu yoxlamaq
üçün xəstəxanaya gedib-gəlirdik. Eyni zamanda xəstəxananın aptekinə mənim dayım
Bəhmən Ağazadə rəhbərlik edirdi. O bizi Əziz Əliyevlə tanış etdi. Növbəti dəfə
xəstəxanaya gedəndə dayım B.Ağazadə Əziz Əliyevlə birlikdə məndən və Nəzimə
bacımın həyat yoldaşı Əhəd İbrahimovdan xahiş etdilər ki, MK Reabilitasiya
Komissiyasının sədri M.İsgəndərov, professor Əziz Əliyevi qəbul etsin.

(ardı var)

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=3786

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Dekabr 2024
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031