Son ümid

30.01.2014 - 14:49

Bakıda qadın özünü yandırdı- Ölkədə intiharlar ara vermir

 
Özünü yandıran 40-45 yaşlarında olan qadın ağır vəziyyətdə 5 saylı xəstəxanaya çatdırılıb

Bu gün paytaxtda daha bir nəfər özünə od vurub. Hadisə Səbail rayonunda, Mərkəzi Klinikanın
yaxınlığında baş verib.
Təqribən 40-45 yaşlarında olan bir qadın ərazidə üzərinə benzin tökərək
özünü yandırıb. Yaxınlıqda olan polis əməkdaşlarının səyi ilə söndürülən
qadın dərhal 5 saylı xəstəxanaya çatdırılıb. Xəstəxanaya yerləşdirilən
qadının vəziyyəti ağır olduğu bildirilir.
Qadının şəxsiyyəti və nə səbəbə özünü yandırması müəyyənləşdirilir.
Xatırladaq ki, ötən gün Bərdədə bir nəfər özünü yandırmışdı. Alpoud kənd
sakini Maarif Vəliyev ötən gün axşam saatlarında Bərdə Rayon İcra
Hakimiyyətinin binası qarşısında özünə od vurub.
Bir neçə gün öncə isə Yevlaxda 3 övladı olan əlil Nizami Kərimov özünü
yandıraraq xəsarət yetirmişdi. O, ünvanlı sosial yardım almaqla bağlı
qarşılaşdığı çətinliklərlə bağlı belə addım atdığını demişdi.

Bakının Səbayel rayonunda özünü yandıran qadının şəxsiyyəti müəyyənləşib.

Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Anar Qədirli mətbuata bildirib ki, özünü yandıran 1993-cü il təvəllüdlü
Məleykə Bayramlıdır. Əslən Lənkəran rayonundandır və Bakıda kirayədə
yaşayır. M.bayramlının bədənin 65 faizi yanıb, vəziyyəti ağırdır.O,
hazırda xəstəxanın yanıq mərkəzinin reanimasiya şöbəsindədir.

Xəstəxananın yanıq şöbəsindən isə  bildirdilər ki, M.Bayramlının vəziyyəti kritikdir və həyatı üçün təhlükə var.

Bu arada daha bir intihar anonsu Şamaxıdan gəlib. Şamaxı şəhər sakini
İlhamə Yaqubova 2 övladının və özünün yaşadığı mənzil qeyri-qanuni
olaraq Rayon İcra Hakimiyyətinin mənimsədiyini deyir. Hazırda yaşamağa
yeri olmayan, 2 övladı ilə küçələrdə qalan ana müraciət etmədiyi ünvan
qalmayıb. Ancaq onun səsinə səs verən yoxdur.

İ.Yaqubova yanvarın 31-də saat 15:00-da RATI-də mətbuat konfransı
keçirərək başına gələn olayla bağlı jurnalistlərə məlumat verəcək.
Ilhamə Yaqubova aidiyyəti qurumların məsələyə yaxın günlərdə müdaxilə
etməyəcəyi təqdirdə 2 övladı ilə Prezident Administrasiyasının
qarşısında intihar edəcəyini söyləyir.

Bir sözlə ölkədə intiharlar ara vermir.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=3787

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Sentyabr 2024
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30