“Heç kəs özünü bu yanğın dalğasından uzaq hesab etməsin”

30.01.2014 - 14:53

“Xalqdan səlahiyyət almayan, hakimiyyəti mənimsəyən, xalq qarşısında məsuliyyəti olmayan bir iqtidarın siyasətidir yanan”

 
Milli Şuranın sədri, professor Cəmil Həsənli ölkə vətəndaşlarının özünü
yandırmaqla intihara cəhd etməsi halının tendensiyaya çevrilməsinə
münasibət bildirib. Baş verənləri hakimiyyətin yarıtmaz siyasəti ilə
əlaqələndirən Milli Şura sədri fikirlərini Facebook səhifəsində paylaşıb. Onun yazdıqlarını təqdim edirik:

“Bu
gün Məleykə Bayramlı adında daha bir Azərbaycan vətəndaşı şəhərin
mərkəzində od vurub özünü yandırdı. Artıq biz hər gün insanların özünü
yandırması haqqında məlumatlar alırıq. Qarabağ qazilərinin alov bürümüş
bədənlərinin saçdığı atəş az qala ekranları da yandırsın. Bunları
görməyən, özünü alova bürümüş insanların oduna qızındıranlar ölkəni bu
vəziyyətə salmalarından utanmalıdırlar, bu atəşin onları da
bürüyəcəyinin fərqində olmalıdırlar. Ölkənin dövlət idarəsində,
məhkəməsində, polisində, prokurorluğunda
qanun görməyən, ədalət tapmayan insanlar çıxış yolunu oda tapınmaqda görürlər.
Bu,
dəhşətli faciədir. Belə getsə, ölkəmizi alov bürüyəcək. Heç kəs özünü
bu yanğın dalğasından uzaq hesab etməsin. Korrupsioner, kriminal
idarəçiliyin yeritdiyi siyasətin tüstüsü bütün ölkəni bürüyür, alovu
ərşü-əlayə qalxır. Yanan insanlardır. Görünür, bu yanğın dalğası
Prezident Aparatına çatana qədər İlham Əliyev dözümlülük göstərəcək,
analoqsuz inkişaf haqqında nağılları təkrarlayacaq. Xalqdan səlahiyyət
almayan, hakimiyyəti mənimsəyən, xalq qarşısında məsuliyyəti olmayan bir
iqtidarın siyasətidir yanan, indi insan qoxulu tüstüsü hər tərəfi
bürüməkdədir.
Azərbaycan vətəndaşının Azərbaycan neftindən nəsibi özünü alova bürüyəcək bir butulka benzin qədərdir”.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=3788

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Noyabr 2022
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930