Azərbayccanəhalisi nikbinliyini itirir

30.01.2014 - 15:15

 Azərbaycan iqtisadi ümid reytinqində 65 ölkə arasında 16%-lə
12-ci yeri tutub. Bu, əhali arasında bədbinliyin artdığını göstərir –
2013-cü ilin əvvəlində ölkə daha nikbin idi və 56%-lə ikinci idi.

 
 

Maraqlıdır ki, azərbaycanlılar gələcəyə ümid məsələsində dəyişkəndir.
Məsələn, 2011-ci ildə 2%, 2012-ci ildə 30% nikbin olub. Hərçənd
vəziyyət daha pis ola bilərdi, amma hökumətin düşünməyi üçün əsas var.

Cənubi Qafqazın digər ölkələrində vəziyyət başqadır. Gürcüstanda
nikbinlik səviyyəsi yüksəkdir. Bu ölkə bir pillə geriləyərək 2-ci yeri
tutub. Birinci yer Ficinindir. Ermənistan mənfi zonadan çıxıb,
nikbinliyi 7% artıraraq 17-ci yerə qalxıb.

Reytinq sakinlərin rəyləri əsasında hazırlanıb. Sorğunu Gellap
Beynəlxalq Tədqiqat Mərkəzi (WIN-Gallup International Association)
2014-cü ilin əvvəlində “Qlobal ümid və naümidlik barometri” (Global
Barometer on Hope and Despair) tədqiqatı çərçivəsində aparıb. Sorğu
zamanı 65 ölkədən 70 min nəfərin rəyi alınıb. Sorğu iştirakçılarına
gələn illə bağlı iqtisadi perspektiv və proqnozlar barədə sual verilib.

Hər bir ölkənin iqtisadi ümid səviyyəsi iqtisadi vəziyyətin
yaxşılaşacağını düşünən nikbin və pisləşəcəyinə min olan bədbinlərin
payı ilə müəyyən edilir.

Tədqiqat göstərib ki, dünyada iqtisadi nikbinlik azalır, Rusiya və
ABŞ məyus olur. 2014-cü il üçün qlobal ümid indeksi 2% təşkil edir. Bu,
2013-cü ildəkindən 5% azdır. Əvvəlki illər olduğu kimi, daha nikbin
ölkələr Asiya və Yaxın Şərqdədir. İnkişaf etmiş ölkələr isə məyusluğa
düşür.

Dünyanın ümumi mənzərəsinə gəlincə, o, müxtəlif tərkiblidir. Son
illərin dinamikasına baxanda qeyd etmək olar ki, iqtisadi bədbinlik
Qərbi Avropadan gedir. Eyni zamanda, inkişaf etməkdə olan ölkələrdəki
iqtisadi çiçəklənmə ümidləri zəifləyir. Bu prosesləri müvazinət və
harmoniyaya qayıdış saymaq olar.

Bütün Qərbdə və inkişaf etmiş ölkələrdə (Danimarka istisna) iqtisadi
ümid indeksi mənfi zonadadır. Amma vəziyyət o qədər acınacaqlı deyil,
çünki bir sıra ölkələrdə il ərzində nikbinlik artıb. Məsələn, İsveçrədə
(-1%, bir il əvvəl -31%), Cənubi Koreyada (-3%, əvvəl -28%), Polşada
(-6%, bir il əvvəl -45%), Finlandiyada (-16%, bir il əvvəl -35%),
Almaniyada (-23%, bir il əvvəl -46%), İrlandiyada (-28%, bir il əvvəl
-51%), Belçikada (-33%, bir il əvvəl -64%), İspaniyada (-40%, bir il
əvvəl -59%) indeks artımı olub. Hətta bir çox illər autsayder olan
Fransa və Portuqaliya öz göstəricilərini yaxşılaşdırır. Fransada son
sorğu -53% nəticə verib. Bir il əvvəl o, -67%, 2012-ci ildə -80% idi.
Portuqaliyada bədbin ovqat səngiyir: bir il əvvəlki -85%-ə qarşı -61%,
deyə Humanitar Texnologiyalar Mərkəzi məlumat verir.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=3791

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Dekabr 2024
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031