Tağı Əhmədovun yeraltı dünyada “gizlətdiyi” milyonlar
Bitib tükənməyən təmir-tikinti serialı Metrodakı yenidənqurma işləri
başa çatmırBitib tükənməyən təmir-tikinti serialı Metrodakı yenidənqurma işləri
başa çatmır
Bakı Metropoliteninin rəisi, jurnalistlərə qarşı aqressivliyi ilə
seçilən Tağı Əhmədovun metronun ayrı-ayrı stansiyalarında apardığı
təmir-tikinti işləri bitib tükənmək bilmir. Tağı Əhmədov “İçərişəhər”
stansiyasında sonu bilinməyən təmir-tikinti işlərinə hələ 6 il bundan əvvəl
start verdi. Stansiyanın yenidən qurulmasına 2008-ci ilin iyul ayında
başlanıldı. Həmin vaxt bu işə 15 milyon manat vəsait sərf edildi. Stansiyanın
giriş hissəsi piramida şəklində quruldu, konstruksiyası metal və şəffaf şüşədən
quraşdırıldı. Bundan cəmi 1 il sonra nə oldu-nə olmadı bilmirik, yenidən təmir
işlərinə start verildi. Belə ki, 2008-ci ildə uzun fasilələrlə təmirə dayanan
“İçərişəhər” metrostansiyası 2009-cu ildə yenidən bağlandı. Metro
qatarları “Sahil” stansiyasından əks istiqamətə qayıtmağa başladılar.
Stansiyanın fəaliyyətinin dayandırılması rekonstruksiya işlərinin aparılması ilə
izah edildi. Habelə, həmin gündən etibarən stansiyada eskalatorların
əvəzlənməsi işlərinə başlandı.
Eskalatorların əvəzlənməsi işləri sentyabr ayının 10-dək tam başa
çatdırıldı. Budur, metropoliten rəhbərliyi yenidən “İçərişəhər”
metrostansiyasında təmir işlərinə start veriblər. Bakı Metropoliteninin
elektrik təchizatı xidmətinin rəisi Əlixan Osmanov “İçərişəhər”
yarımstansiyasının yenidənqurmaya ehtiyacı olduğunu bildirib və qeyd edib ki,
bunun üçün ona metropoliten rəhbəri Tağı Əhmədov tərəfindən müvafiq hesablamaların
aparılmasını və idarə rəisinə təqdim olunması tapşırılıb. Xidmət rəisi əlavə
edib ki, Tağı Əhmədov ona tunellərdə olan mövcud xətlərin bir-birindən
ayrılması başlayanadək “Nizami” yarımstansiyasının dartı-azaldıcı
yarımstansiyaya çevrilməsi üçün lazım olan yenidənqurma işlərinin layihəsini
təqdim etməyi tapşırıb. Metropolitendə sərnişinləri bezdirən daha bir
təmir-tikinti işləri “28 May” stansiyasında başladı. Hələ 2012-ci ildə
stansiyanın eskalatorları təmirə dayandı. Stansiyanın yeni eskalatorları
sentyabrın 15-də saat 12:00-da istifadəyə verildi. “28 May” stansiyasının
Cəfər Cabbarlı meydanında yerləşən əsas giriş-çıxışında quraşdırılan yeni
eskalatorlar uzun müddət sonra sərnişinlərin istifadəsinə verildi.
Burada sökülmüş LT tipli 3 ədəd eskalatorun əvəzinə Almaniyanın
“Thyssen Krupp” şirkətinin “Viktoriya” tipli 4 ədəd eskalatoru
quraşdırılıb. Amma bütün bunlara baxmayaraq “28 May” metrostansiyası ötən il
yenə təmirə bağlandı. Metropolitendən verilən məlumatda bildirilirdi ki, stansiyanın
fasad tərəfinin yenidən qurulması ilə əlaqədar olaraq, yanvarın 21-dən etibarən
“28 May” stansiyasının giriş və çıxışı bağlandı. Sərnişinlər Salatın Əsgərova
küçəsinə çıxan “Cəfər Cabbarlı” stansiyasının giriş və çıxışından istifadə
etməyə başladılar. Metropolitendən yenidənqurma işlərinin hansı müddət ərzində
aparılacağı dəqiqləşdirilmədiyindən təmir-tikinti işləri hələ də davam edir.
Düz 6 gündən sonra “28 May” metrostansiyasının təmirə dayanmasından 1 il ötür.
Bir il müddətində Bakıda 3-4 stadion tikmək olardı.
Bir ilə bir stadion tikmək olardı Tağı Əhmədov! Çox uzağa getməyək,
Avroviziya mahnı yarışmasının keçirildiyi “Cristall hall” 5 aya başa gəldi.
Amma metropoliten 28 May” metrostansiyasının fasadının təmirini bir ildir başa
çatdıra bilmir. Metropoliten rəsmiləri “28 May” metro stansiyasında tikinti
işləri ilin sonunadək yekunlaşacağını vəd etsələr də, təmir-tikinti işləri
2013-cü ilin dekabrın başa çatmadı. Bakı Metropolitenin inşaat işləri üzrə rəis
müavini Rizvan Bayramov metro stansiyasında tikinti işləri 2013-cü ilin sonuna
qədər yekunlaşdırılacağını desə də, bunun şahidi olmadıq. Düzdür, stansiyada
bir sıra işlər görüldü: – təmir-tikinti işləri çərçivəsində metro stansiyasında
hazırda divar və döşəmələrə qranit və mərmər döşəndi. Eyni zamanda, stansiyanın
vestibül damı təzələndi. Qeyd edək ki, “28 May” metro stansiyasının əsas çıxışı
2012-ci ildə giriş üçün bağlandı.
Yenidənqurma işləri ilə əlaqədar sərnişinlər artıq uzun müddətdir, əsas
çıxış, ikinci çıxış, eləcə də “Cəfər Cabbarlı” stansiyasının çıxışından da
istifadə etməyə məcbur olublar. Təmir işləri çərçivəsində stansiyada
eskalatorlar yeniləri ilə əvəz edilib, eyni zamanda onların sayı 3-dən 4-ə
qədər artırılıb. Metronun 28 may stansiyası təmir olunsa da, burada insanları
dağ-xizək komplekslərindəki kimi sürüşüb zədələnmək təhlükəsi gözləyir. Məsələ
burasındadır ki, xizək komplekslərindən fərqli olaraq, metroya insanlar xüsusi
qoruyucu vasitələr geyinmirlər. Metropoliten rəisi isə mövzuya bu dəfə də
özünəməxsus münasibəti ilə seçilib: “Ay yoldaş firma, oranı sən
düzəldirsən, ancaq məni qoyublar xizəyin üstə sürüşdürürlər. İndi bilmirəm, sən
sürüşdün, mən sürüşdüm, amma bütün dünya görür mən sürüşürəm”. Xeyli vaxtdır
təmirə dayanan metronun “28 may” stansiyasında təmir işləri davam etsə də, bəzi
hissələrində işlər artıq yekunlaşıb. Məsələn, stansiyanın platforması büsbütün
yenilənib.
Təmir abadlıq əslində göz oxşamağa hesablanıb. Daha gözü kor etməyə yox.
Çünki “28 May” metrostansiyasının içərisinə düzülən mərmərin üzərində
sürüşmədən hərəkət etmək mümkün deyil. Bu səbəbdən ayağı sürüşüb yıxılanlar ən
yaxşı halda şikəst qalar, ən pis halda da gözü kor olar. Qəribədir,
metropolitenə xərclənən milyonlarla manat hara gedir? Bu qədər vəsaitin
sərfiyyatına rəğmən stansiyalar niyə tez-tez təmirə dayanıdırılır?
Anar Tağıyev
Short URL: http://www.cumhuriyyet.net/?p=3793