Hakimiyyətin Rəsulzadə yalanı

30.01.2014 - 18:02

Prezidentin
yubileylə bağlı sərəncamı havada qalıb

Hökumət
Rəsulzadəylə bağlı nə özü tədbir keçirir, nə də başqasına imkan verir

Məlum
olduğu kimi, bir neçə gündən sonra- y
anvarın 31-də görkəmli dövlət xadimi, Azərbaycan
dövlətçiliyinin simvollaşmış siması Məhəmməd Əmin Rəsulzadənin 130 illik yubleyidir. Elə bu məqsədlə də ölkə
başçısı İlham Əliyev ” Məhəmməd Əmin Rəsulzadənin 130 illik yubleyinin
keçirilməsi haqqında” 22.11.2013 tarixli, 77 nömrəli sərəncam imzalayıb.
Sərəncamda dahi öndərlə bağlı müxtəlif kütləvi tədbirlərin keçirilməsi, elmi
konfransların düzənlənməsi nəzərdə tutulsa da bu günə qədər hakimiyyətin bu
yəndəki hansısa əməli addımının şahidi olmamışıq. Bu isə əslində məlum
sərəncamın əslində imitasiya xarakteri daşıdığını bir daha sübut edir.

Artıq M.Ə.Rəsulzadənin doğum
gününə sayılı günlər qalıb, bu günə qədər isə heç bir iş görülməyib. İstisna
olunmur ki, yanvarın 31-də Rəsulzadəylə bağlı hansısa tədbir keçirilsin və
bununla da göstərməyə çalışsınlar ki, ölkə başçısının Rəsulzadəylə bağlı
sərəncamı yerinə yetirildi. Amma bu açıq-açkar imitasiyadır və bununla Əliyevlə
rejimi Rəsulzadəyə olan düşmənçilik münasibətini dəyişmədiyini sərgiləmiş olur.

Bütün bunlar azmış ki, hökumət
Rəsulzadənin yubileyi ilə bağlı geniş tədbirlər planı həyata keçirmək istəyində
olan müxalifətə də bu imkanı tanımır. Məsələn, Milli Şuranın bununla bağlı
yanvarın 28-ə nəzərdə tutduğu tədbiri həyata keçirmək üçün yer belə vermədilər.
Hesab edirik ki, baş verənlərin geniş izahata ehtiyacı yoxdur və hakimiyyət
Rəsulzadə qısqanclığını bu gün də davam etdirməkdədir. Hər halda hakimiyyətin
Rəsulzadəyə olan əsl münasibətini aşağıdakı faktlar daha parlaq şəkildə ehtiva
edir. Faktlara nəzər salaq:


1999-cu ildə Rəsulzadənin BDU-dakı büstü götürüldü. 

2000-ci ildə BDU-dan
Rəsulzadənin adı silindi.

2000-ci ildə
Ağcabədidə büstü götürüldü.

2007-ci il Ağsudan
heykəli götürüldü.

2007-ci ildə Kukla
teatrı önündəki abidənin ucaldılacağı barədə məlumat olan lövhə götürülərək,
əvəzində fəvvarə quraşdırıldı.

2011-ci Qobustandakı
heykəli götürülüb arxivə verildi.

2012-ci ildə
Sabirabaddan büstü götürüldü.

2012-ci ildə
Tərtərdən büstünü götürüb, yerində YAP binası tikildi.

2013-cü il Gəncədəki
abidəsi ziarət edilməməsi üçün hasarlandı..

Rəsulzadənin yaşadığı
3 ev də hazırda onun ailəsinə aid deyil:

Hazırda Novxanıda
Rəsulzadənin doğulduğu ev uşaq baxçasıdır.

Bakıda Rəsulzadəyə
məxsus mənzil BP-nin təlim mərkəzinə verilib.


Rəsulzadənin nəvəsinin Novxanıdakı bağ evini bir məmur zəbt edib.

Rəsulzadənin Bakı
şəhərində bir dənə də olsun, ev muzeyi yoxdur

Bütün bunlardan
sonra xatırladaq ki, Prezident İlham Əliyev 1918-ci ildə qurulmuş Xalq
Cümhuriyyətini cinayətdə ittiham edib. “Azərbaycan Xalq Cümhuriyyətinin birinci
qərarlarından biri də İrəvanı Ermənistana paytaxt şəhəri kimi vermək
…idi…Bu, cinayət idi”, tarix üzrə fəlsəfə doktoru olan prezident İlham
Əliyev bir tədbirdə belə demişdi. Çıxışlarında öz atası haqqında “ulu öndər”
deyərək danışan İlham Əliyevin AXC-ə bu yanaşması, hakimiyyətin məqsədyönlü
şəkildə mərhum prezident Heydər Əliyevin Azərbaycan tarixində daha vacib yer
tutduğunu göstərmə cəhdidir.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=3794

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Noyabr 2022
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930