İlkin Rüstəmzadə ilə “Bülent Arınç stilində” müsahibə
“Hakimiyyət Azadlığımızı əlimizdən almaq istəyir”
Bu ilin mart-aprel
aylarında N!DA Vətəndaş Hərəkatının üzvlərinə qarşı repressiya başlandı, təşkilatın
7 üzvü həbs olundu. İstintaqın iddiasına görə, gənclər Məmməd Əzizov, Bəxtiyar
Quliyev, Şahin Novruzlu, Rəşadət Axundov, Üzeyir Məmmədli, Rəşad Həsənov, Zaur
Qurbanlı martın 10-da Bakıda kütləvi aksiya zamanı “Molotov kokteyli”ndən
istifadəyə hazırlaşırmışlar. Daha sonra gənclərin bir neçəsinə qarşı qanunsuz
olaraq narkotik vasitələri əldə etmə, saxlama ittihamı da irəli sürülüb. Artıq
xeyli müddətdir gənclərin məhkəmə prosesi başlayıb. “Yeni Cumhuriyyət” həbsdə
olan N!DA üzvü İlkin Rüstəmzadəiyə suallar ünvanlayıb. İlkin bəy Bakı Ağır
Cinayətlər Məhkəməsində özünün qeyd etdiyi kimi suallarımızı “Bülent Arınç stilində” cavablandırıb.
– İlkin bəy, siz 2013- cü il mayın 17-dən həbsdəsiniz. Heç şübhəsiz ki,
sizin həbsiniz ictimai- siyasi fəaliyyətinizlə bağlıdır. Fəaliyyətə başlayanda
həbs olunacağınızı gözləyirdinizmi?
– Əlbəttə. Mənə bu barədə xəbərdarlıq da olunmuşdu.
– Üzvü olduğunuz “Azad gənclik” təşkilatınının yaranması və
təşkilata üzvülüyünüz necə olub?
– Təşkilatın necə yaranmasından dəqiq xəbərim
yoxdur. Mən 2 yanvar 2013-cü ildə üzv olmuşam.
– Siz həbsdə olan gənclər içində tamam fərqli məsələyə görə
ittiham olunursunuz- Youtube-da yerləşdirilən “HР°rlem Shake”
videosunu hazırlamaqda təqsirləndirilirsiniz. Buna görə də Prokurorluq sizə
Cinayət Məcəlləsinin 221-ci (xuliqanlıq) maddəsinin iki bəndi ilə (221.2.1 və
221.2.2) ittiham irəli sürüb. İttihamlara münasibətiniz necədir?
– Bu ittiham tamamilə biyabırçı bir
ittihamdır və Avropa İnsan Hüquqları konvensiyasının 10-cu maddəsinin (ifadə
azadlığı) pozulmasıdır. Amma nəzərinizə çatdırım ki, mən 220.1, 228.3-cü maddələrlə
də ittiham olunuram. Bu barədə mediada işıqlandırılan yanlışlıqları düzəltməyi
də jurnalistlərdən xahiş edirəm.
– Sizi niyə məhz
bu məsələdə ittiham etdilər?
– Mən həbs olunmazdan bir gün əvvəl bu
haqda bilirdim. Bu səbəbdən bir neçə KİV-ə bununla bağlı danışdım. 228-ci maddəni
özündə ehtiva edən hallarla bağlı açıqlama vermişdim. Silah, mütəşəkkil dəstə və
s. bu kimi ittihamları qəbul etmədiyimi, bu kimi fikirdə heç vaxt olmadığımı
açıqlamışdım. Bu səbəbdən məni cinayət işində olan (Bəxtiyara bu ittiham artıq
verilmişdi) digər ittihamla həbs etdilər. Ən azından bir müddətlik.
– Hazırda məhkəməniz gedir. Məhkəmə prosesini necə
qiymətləndirirsiniz?
– “Əla”, “möhtəşəm”, “əntiqə”
– Müdafiəniz istiqamətində görülən işlərdən razısınızmı?
– Razıyam
– Sizcə hakimiyyət gənclərdən nə istəyir?
– Azadlığımızı
– İnşallah Azadlığa çıxdıqdn sonra hansı işlərlə məşğul
olmağı düşünürsünüz?
–
Magistratura təhsili. Ailə qurmaq. Mübarizə.
– Həbsxanada saxlanma şəraitiniz necədir?
–
Normaldır, razıyam.
– Səhətinizdə problem yarandığı bildirilirdi. Sağlıq
durumunuz indi necədir?
–
Hazırda yaxşıyam. Müalicə alıram.
– Həbsxanadan ölkədəki ümumi vəziyyəti yəqin izləyirsiniz.
İçəridən çöl necə görünür?
– İzləyirəm. Bir az çətin görünür. Müdaxilə etmək
imkanımız çox azdır deyə bir az qəliz vəziyyət yaranıb. Ümumi fikir mənfidir.
– Müxalifətin fəaliyyəti barədə nə deyə bilərsiniz?
–
Konkret bir şey deyə bilmərəm. Çünki bu gün müxalifətin vəziyyəti hələ tam
aydın deyil. Qəzetlər çox gec-gec gəlir. Tək informasiya kanalımız yerli TV-lərdir.
Bu görünüş də kanalizasiyanı xatırladır.
– Milli Şurada baş verənlər, Musavatın qurumdan
ayrılmasına münasibətiniz necədir?
– Bu
barədə “Azadlıq” qəzetindəki “Adsız yazı” yazımda fikrimi bildirmişəm.
Azadlıqda
görüşmək ümidi ilə “Yemi Cumhuriyyət” qəzetinin kollektivi
Short URL: http://www.cumhuriyyet.net/?p=3795