“… Mənim sevməkdən basqa nə gunahim oldu ki?…”

06.11.2015 - 09:30

humaymelek1Onun haqqında oxucularımıza əvvəllər də məlumat vermişik. Üzbəüz həmsöhbət olduğumuz Humay Zahirqızı düşüncəsi, aurası, yaradığılığı ilə bir Humay əfsanəsin gerçəkləşdirmiş oldu bizim üçün. Onu həm də Humay Mələk kimi tanıyırlar. Biz də “Humayla 7 gün 7 gecə” projesində hər söhbətimizi bir mövzuya həsr etməklə onun dünyasını öyrənməyə cəhd etdik.  Onunla vədələşdiyimiz vaxtda və yerdə görüşdük elə. Deyəsən yubanmamağımızdan razı qalmışdı…

“Heyif ki həyat şərtlərinə təslim olaraq ruhumuzu məntiqimizlə dara çəkirik”
– Görüşü tarixini dəyişmək olmaz
– Ən vacibi görüşdüyün adamı dəyişməməkdi, zaman və məkan nisbidi…
Müsahibənin ilk sualını da elə burdan başladıq…
– Zaman, məkan və insan hansı önəmlidi?
– Əlbettə İnsan.Ürək istərsə zamana da mekana da qalib geler.
– Ürək? Bəs deyirlər insan ağılla yüksəlir?
– Ürək və ağıl ikisi birində olanda xariqələr yaranır
– Bəs ruh?
– Həəə…Ruh… Bizim duymadıqlarımızı duyan hiss edən ruh. Heyif ki həyat şərtlərinə təslim olaraq ruhumuzu məntiqimizlə dara çəkirik. Ruhun yeganə bir duşməni var o da məntiq… Azad ruhumuzu buxovlayan məntiq…
– Bəzən cism, bədənimiz də ruha düşmən kəsilir. bədən ruhun qəfəsinə çevrilir…
– Bəli tamamilə doğru.Cismimizi ruhumuzun, ruhumuzu cismimizin düşməninə ceviririk. Ruhumuz azadlığımızın carçısıdı. O nə deyirsə nə istəyirsə məntiq deyir ola bilməz. Beləcə insan oğlu yaranandan ruh və cism bir birinə qarşı savaş meydanındadır.
“Ürəyimdən keçənləri, yaşadıqlarımı dilə gəirməyəli uzun illər oldu”
– Savaş pisdirmi bəyəm?
– Əlbəttə pisdir. Ruhumuz da cismimiz de yıpranır… Bu yıpranma bizim düşüncələrimizə de mənfi təsir edir. Hansı ki bizim həyatımız bizim beynimizdəki düşüncələrdən asılıdır. İndi düşünün neqativ duşuncələr bizə ne verər?
– Bax, bu danışan, suallara cavab verən ruhdur, məntiq, yoxsa ürək?
– Təbii ki məntiq.
– Bəs bu an ürəyinizdən nə keçir?
– Mən ürəyimdən keçənləri, yaşadıqlarımı dilə gəirməyəli uzun illər oldu.
– Bəs gözləriniz satmır heç sizi? Heç ürəyinizdən keçəni gözünüzdən oxumayıblar?
– Ehhh gözlerim… Əlbətte gözlərim ve baxışlarım… Ürəyimdən keçənləri daim biruzə verib.
– Ürəyinizin və ruhunuzun istəkləri bir birinə zidd olurmu heç?
– Xeyr olmur. Bircə bunlarla aqlim yola getmir.
– Sizcə hansı haqlı?
– Humay üçün ikisi də haqlı. Çünki Humay yarımçı bir şey yaşamir.Yaşayirsa qram-qram qanina urəyinə ruhuna dolaraq yasayir. Qəlbi, ruhu, ağlı böyük özü isə çəlimsiz Humay. Bir düşünün neçə cəbhədə savaşdadi?
– Axı savaşı bəyənmir bu şəxs. Yəqin heç bir cəbhədə savaşmaz…
– Savaşı bəyənməsə də daxili savaşı özünə yetir.
“Mən göy qurşağını xatıladıram, parıltılı göy qurşağını”

– Bəyənmədiyiniz şeyləri tez-tez etməyə məcbur olursuz?
– İstisnalar hər zaman mövcuddur.
Hansı rəng gözəldi sizcə?
– Mənə yaraşan rəng…
– Bəs Humay özü nə rəngdədi?
– Ayyy… Humay özü göy qurşağını xatıladır. Amma Humayın apstrakt əsərindəki parıltılı göy qurşağını.
– Göy qurşağı günəş şüasının işıqda sınmasından bu rəngi alıb. Bəs Humay hansı həyat yolundan kəçdikcə qazanıb bu rəng toplusunu?
– Humayın gənc yaşında keçdiyi keşməkeşli həyat yolu. Humayın küskünlüyü, Humayın inadi, Humayın gülüşləri, bəzən də Humayın buz bağlayan uzaqlara, lap uzaqlara dikilən baxışları. O baxişlar ki, uzaqlara dikilər ondan sonra qiyamətlər qopsa bələ nə fayda. Bütün o məsafəni qət etməlidir Humay…
– Sadaladıqlarınız arasında sevgi rəngini sezmədik nəysə…
– Sezəmədik…
– Ama ruh adamınn sevgisiz anı olmaz ki…
– Əlbəttə olmaz… Bəzən xəyali sevgi də yetir insana. Bəzən də bütün zəncirləri qırar, sadəcə bir kərə qaçarsan qovuşarsan o ali hisslərə… Sonra o da bəs edər, yalnız gecələrində xəyalı ilə yuxuya gedərsən. Bəzən də butun qayğılardan ayrilib xatirlayarsan, dodağında xəfif təbəssum yaranar..
– Bir sözlə, bir ömür boyu dəli kimi sevərsən eləmi?
– Əlbəttə. Bəzən sevginin ozundən küsməyə bəhanə arayarsan. Bir kənara buraxmiş kimi gedib işlərinə dalarsan. Sonra yenə barışarsan, xatirlayarsan, özlərsən, gözlərin yaşla dolar. Gözlərin həryerdə arayar. O zaman Humay küsər “Qarşıma çixma” , “Səni səndən aldım?”, “Getmə”,”Ayirma məni şah əsərimdən”yazar.
“O ayna o gecə o gözəlliyi yalniz gostərirsə o qədəhlə çilik-çilik olmağı çoxdan haqq edib”

– Humayın şah əsərinin adı nə?
– Kömurdə “yanan kəpənək”. Tənha qadın yazımı unutmusunuz? “Mən tənha qadın, gecələr ruhum dara cəkiləndə aynada simamı gorməyim deyə qədəhi aynaya cırpırdım. Saçları dağlmis, hali pərişan, amma özünə bəla Mələyi xatırladan ayna… Məncə o ayna o gecə o gözəlliyi yalniz gostərirsə o qədəhlə çilik-çilik olmağı çoxdan haqq edib.
– Hmmm… mən başqa cavab gözləyirdim düzü…
– Nə?
– Mən Humayın şah əsərinin adının Fatimə olacağını zənn ədirdim, Humayın sanki canlı ruhu, məntiqi, ürəyi… bir sözlə özündən daha artıq… olan qızı Fatimə.
– Yooox. Düşündümki o şah əsəri yazima istinadən sual verirsiz. O gəcə şah əsərimi “yanan kəpənəyi” isləyirdim. Amma ən böyuk əsərim əlbəttə ki, Fatimədir. Bunu həmişə qeyd etmişəm.
– Humay tənhadır?
– Vaxti olanda hə… Mənim tənhaliq kompləksim gəcə yaridan sonra baslayir…
– Bu zaman bir sevgini xatırladan təbəssüm köməyə çatır?
– Əsla…
– Onda darıxan ruh yox cismdir demək...
– Ola bilər…
– Niyə dəli kimi səvmək deyirlər ki, ağıllıcasına sevmək olmaz?
– Olmur…
– Nədən?
– Baxın sevgi nə boyuk yollar keçir, bəzən qururun qırılır, bəzən urəyin. Bəzən dərbədər olur yollara duşursən, bəzən də bu sevginin əsiri olursan. Bəzən də qazandiğın hər nə varsa bu sevginin yolunda itirərsən, rəzil olarsan, kicilərsən, əzilərsən, ruhunda cismində laməkan olar. O zaman sadəcə duşunərsən mənim sevməkdən basqa nə gunahim oldu ki?
– Sevgisə yəganə əməl, hissdir ki heç vaxt günah ola bilməz…
– Bəzən də gunah olur…
– Doğurdan?
– Əlbəttə. Faciələr yaşadanda gunah olur…
“Hər şeyə inad yenə də dünyaya gələrdim, nəcəki indi hərşeyə inad gülümsəyirəm…”

– Heç olub ki, işləyəndə rəngi siz yox hansısa dətal, daş, ip, ya nəsə başqa bir şey özü diqtə etsin… desin mən bu rəngdə olmaq istəyirəm….
– Bəli olub. Basqa bir rəng işləmək istəsəm də sanki ozumu itirmişəm. Baxmışm ki ruhumun duyduğu rəngi işləmişəm, ağlım dediyini yox.
– Necə ki, bəzən həyatda baş vərənlərin bir zaman nə vaxtsa yaşadığınızı düşünmüsüz…
– Düşünsəm belə urəyimə yaxın 一qoymamişam. Nə olacaqsa olacaq,olacağindan artığı olmayacaq misali
– Humay daha çox kimdir? gənc xanım, gənc ana, yoxsa gənc sənt adamı?
– Üçü birində dəsəm?
– Dəyərsiz ama bələ olmur axı…
– Niyə də olmasin,mən bu gənc cağlarıma nələri siğdirmadim nələri? Sadaladıqlarınızın hamısını. Siz olmur dediklərinizin hamısını.
– Bir şerdə deyilir…
“Biz ki yol nədi bilməzdik,
Biz ki öl nədi bilməzdik,
Bilsək dünyaya gəlməzdik,
Analar aldatdı bizi…”
– Doğru
– Yəni bilsəydiz gəlməzdiz…
– Gələrdim, hər şeyə inad gələrdim. Nəcəki indi hərşeyə inad gülümsəyirəm…
– Bələcə “Humayla 7 gün 7 gəcə” müsahibəsinin birinci hissəsin bitirək… qalan 6 söhbətimizədək…
– Salamat qalin

Short URL: http://www.cumhuriyyet.net/?p=37954

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728