Rabitəbankın 35 minlik “maxinasiyası”
“Rabitəbank” ASC-nin vəzifəli şəxslərinin qanunsuz əməlləri ifşa edilib
Prokurorluğun mətbuat xidmətindən verilən məlumata görə, “RabitəBank”
ASC-də yol verilmiş qanun pozuntuları ilə əlaqədar Baş prokuror yanında
Korrupsiyaya qarşı Mübarizə İdarəsinə daxil olmuş müraciət araşdırılıb.
zamanı cəmiyyətin Lənkəran rayon filialının vəzifəli şəxslərinin vəzifə
səlahiyyətlərindən sui-istifadə edərək Lənkəran rayon sakinləri Fuad
Cabbarov və digərlərinin adlarına saxta kredit müqavilələri
rəsmiləşdirməklə ilkin məlumatlara görə 35 min manat məbləğındə vəsaiti
kredit şəklində alaraq mənimsəmələrində şübhələr üçün əsaslar olduğundan
fakta görə Cinayət Məcəlləsinin 308.1 (vəzifə səlahiyyətlərindən
sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə cinayət işi
başlanıb.
Short URL: http://www.cumhuriyyet.net/?p=3797