Əhməd Əhmədzadənin böyük korrupsiya

30.01.2014 - 19:49

ASC-də yeyinti halları mövcud deyilsə, o zaman bu qurumun yerli
idarə müdirlərinin dəbdəbəli həyat şəraiti və milyonları hardandır?

ASC-də yeyinti halları mövcud deyilsə, o zaman bu qurumun yerli
idarə müdirlərinin dəbdəbəli həyat şəraiti və milyonları hardandır?
 
Bir müddət əvvəl Meliorasiya və Su təsərrüfatı  ASC-nin nəzdində
fəaliyyət göstərən idarə və qurumlarda baş verən korrupsiya halları ilə
bağlı məlumat vermişdik. Qeyd edək ki, adı çəkilən qurumun sədri Əhməd
Əhmədzadə 20 ilə yaxındır ASC-də rəhbər vəzifədə işləyir  və baş verən
çoxsaylı maliyyə maxinasaiyalarının ASC sədrinin xəbərsiz olması
imkansızdır. Adı çəkilən quruma il ərzində dövlət büdcəsindən
milyonlarla manat vəsait ayrılır və bu vəsaitlər Meliorasiya və Su
təsərrüfatı ASC-nin yerli idarələri tərəfindən  mənimsənilir.
Ola
bilər Meliorasiya və Su Təsərrüfatı ASC bu yazdıqlarımızı təkzib edib
deyərlər  ki, qurumda hər şey şəffafdır heç bir korupsiya həyata
keçirilmir. Əgər həqiqiətəndə ASC-də yeyinti halları mövcud deyilsə o
zaman bu qurumun yerli idarə müdirlərinin dəbdəbəli həyat şəraiti və
milyonları hardandır.  Ən kiçik rayon olan Oğuz və Xocavənd rayonlarının
idarə müdirlərinin istifadə etdikləri şəxsi aftomobillərinin qiyməti 60
min manatdan bahadır. Hətta adı bizim olub özü düşmənin olan Kəlbəcər
rayon Su İstismar İdarəsinin müdirinin belə dəbdəbəli həyat şəraiti
var. 
Meliorasiya və Su Təsərrüfatı ASC-nin
idarə müdirlərinin sərvətini gördükdən sonar əmin ola bilərik ki, adı
çəkilən qurum həqiqətəndə korrupsiya dənizində üzür və bu qurumda
çalışan məmurlar dövlətin milyonlarını şəxsi həyatlarının rifahı üçün
istidfadə edirlər.
Meliorasiya və Su Təsrrüfatı  ASC-nin Mil
Qarabağ və Aşağı Şirvan Kollektorlarının İstismar İdarəsi,  Ceyrançöl
Qış Otlaqlarının Su Təminatı Sisitemləri İstismarı İdarəsi,  Mərkəzi
Muğan Qış Otlaqlarının Su təminatı İstismarı İdarəsi,  Boz Dağ Qış
Otlaqlarının Su təminatı Sistemləri İstismarı İdarəsi,  Pirəzə Mexaniki
Suvarma İdarəsi,  Yuxarı Qarabağ Kanalı İstismar İdarəsi  və Yuxarı
Şirvan Kanal istismar İdarələrinə ötən il üst-üstə 5 milyon manatdan çox
vəsait ayrılıb. Bu vəsaitlər isə nasoslar üçün mexaniki avadanlıqların,
maşınların və digər texnikaların ehtiyyat hissələrinin, tikinti üçün
mal matrealların alınmasına xərclənib. 
Yuxarıda
adlarnını qeyd etdiyimiz idarələrə ayrılan vəsaitlərin xərclənməsi ilə
bağlı apardığımız araşdırmalarda məlum oldu ki, ayrılan vəsaitlər həmin
qurumların müdirləri tərfindən ustalıqla sənədləşdirilərək
mənimsənilib.
Məsələn Ceyrançöl Qış
Otlaqlarının Su təminatı Sisitemləri İdarəsinnin müdiri Nizami Vəliyev
 rəhbərlik etdiyi idarəyə ayrılan 1 milyona manat yaxın vəsaitin
yarsından çoxunu mənimsədiyi iddia olunur. İdarə müdirinin bu
qazancından ASC-nin rəhbərliyinədə faiz verdiyi qeyd olunur.
Eyni
zamanda Mərkəzi Qış Otlaqlarının Su Təminatı Sisitemlərinin İstismarı
İdarəsinin müdiri Allahverdi Əliyev, Boz Dağ Qış otlaqlarının Su
Təminatı Sisitmeləri  İstismar İdarəsinin müdiri Əli Əliyev, Yuxarı
Qarabağ Kanalı İstismar İdarəsinin müdiri İlyas Səfərov və Mil Qarabağ
və Aşağı Şirvan kollektorlarının İstismar İdarəsinin müdiri Əhliman
Kərimovu da bu siyahıya əlavə etmək olar.
Redaksiyamıza
daxil olan məlumatda göstərilir ki, Meliorsaiya və Su Təsərrüfatı
ASC-nin “korrupsioner” idarələrindən biridə məhz kollektorların istismar
idarələridir. Mil Qarabağ və Yuxarı Şirvan Kollektorlarının İstismar
idarəsinin müdiri Əhliman Kərimov rəhbərlik etdiyi qurumda böyük
maxinasiyalar həyata keçirir. Belə ki, təkcə 2012-2013-cü illərdə bu
idarəyə ayrılan 1,5 milyon manat yaxın vəsait kollektorların
təmizlənməsi adı altında yoxa çıxıb. Amma həmin kollektorlarda heç bir
əsaslı işlər həyata keçirilməyib. 
Daxil olan
məlumatda qeyd olunur ki, ölkənin kənd təsərrüfatının ən böyük
problemlərindən biri məhz drenlərin, kolektorların təmizlənməməsidir.
Əhliman Kərimovda idarəsində olan bir neçə texnikanın köməyi ilə
balansında olan kolektorları “kosmetik” təmizlətdirərək forma 2 adı
altında ayrılan vəsaitlərin böyük hissəsini mənimsədiyi bildirilir. 
Bildirilir
ki, yuxarıda qeyd olunan idarə müdirlərinin hər biri dövlətin
milyonlarla vəsaitlərini mənimsəyərək özlərinə böyük sərvət əldə
ediblər. Xatırladaq ki, Meliorasiya və Su Təsərrüfatı ASC-nin idarə
müdirlərinin əldə etdiyi qazanclarla bağlı redaksiyamıza göndərilən
məlumatlar araşdırılır və növbəti saylarımızda oxucularımıza təqdim
edəcəyik.
Yazıda adı keçən şəxslərin və qurumların mövqelərini dərc etməyə hazırıq…
https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=3799

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Dekabr 2024
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031